Ötən il İraqda 16 min vətəndaş həlak olub

0
687

17695613_303 

 

 

 

 

 «İraqda qurbanların hesabı» adlı Britaniya araşdırıcı qrupunun məlumatına görə, 2003-cü ildən – İraqda müdaxilə dövründən üzübəri 2016-cı il ən qanlı il olub və 16 min 361 nəfər mülki şəxsin həyatdan getməsinə şahidlik edib. Xəbəri «Vaşinqton post» yayıb.

Ölkənin şimalında yerləşən Neynəva əyaləti özünəməxsus «rekordçu» olub. Burada 7341 nəfər öldürülüb. İkinci sırada paytaxt Bağdad gəlir – 3714 ölü.

Təşkilatın məlumatına görə, qurbanların çoxu odlu silahdan açılmış atəşdən ölənlərdir – onların sayı həlak olanların ümumi sayının 50 faizini təşkil edir.

On üç illik müharibə dövründə bu ölkədə bir terror aktından ən çox insan iyul ayında həlak olub. O zaman Bağdad bazarında «kamikadze» tərəfindən törədilmiş terror aktı nəticəsində 300 nəfər həlak olmuşdu.

«İraqda qurbanların hesabı» qrupu 2003-cü ildən – ABŞ başda olmaqla, İraqda müdaxilənin başlandığı tarixdən işləməyə başlayıb. Qrup hesabatı KİV-in, hökumət və qeyri-hökumət təşkilatlarının yaydığı məlumatlar əsasında aparır.

Qrupun 2016-cı il üçün hesabatı BMT-nin hesabatından dərhal sonra yayılıb. BMT-inin hesabatında 2016-cı ildə İraqda həlak olanların sayı 6878 nəfər göstərilib. Ancaq bu hesabata Ənbar əyalətində may, iyul, avqust və dekabr aylarında həlak olanlar daxil edilməyib.

Azpolitika.info

BIR CAVAB BURAXIN