Donald Tram-ın adminsitrasiyasında iki çox mühüm posta nominasiya edillmiş James Mattis və Mike Pompeo bilidirblər ki, Rusiya ABŞ və Avropa təsisatlarınınn işini pozmağa çalışır.
Pentaqon rəhbərliyinə namizəd Mattis və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru vəzifəsinə namizəd Pompeo Senatın onları təsdiq etməli olan Silahlı Qüvvələr Komitəsi qarşısındakı çıxışlarında bildiriblər ki, Vaşinqton Moskvaya qarşı sərt mövqüe nümayiş etdirməlldir.
Siyasi şərhçilərin fikrincə bu, prezident seçilmiş Donal Trampın Rusiya ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir. Tramp bütün seçki kampaniyası ərzində Rusiya ilə yaxşı münasibətlərə çalışacağını bəyan edirdi.
Keçmiş Dəniz Korpusu generalı Mattis Senatın Silahlı Qüvvələr Komitəsinin dinləməsində deyib ki, Rusiya prezidenti Vladimir Putin NATO müttəfiqlərinin sıralarını pozmağa çalışır.
Bununla belə, 66 yaşlı Mattis deyib ki, Moskva ilə əməkdaşlığa qarşı deyil, lakin Birləşmiş Ştatlar Rusiyanın niyyətləri və hərəkətləri barədə ayıq-sayıq olmalıdır.
2001-ci ildə Əfqanıstana və 2003-cü ildə İraqa hərbi müdaxilə zamanı dəniz piyadalarına komandanlıq etmiş Mattis deyib ki, Rusiya ilə əməkdaşlıq ediləcək məqamlar azalır, qarşıdurmaya gedən məqamlar çoxalır.
Senator McCain-in “siz Estoniya, Litva və Latviyada ABŞ-ın daimi hərbi mövcudiyyətini dəstəkləyirsinizmi” sualına Mattis müsbət cavab verib.
Genreral Mattis Barak Obamanın Yaxın Şərq siyasətinin ən kəskin tənqidçilərindən biri olub.
İranla nüvə sazişinə dair sualın cavabında isə Mattis deyib ki, o belə bir sazişə imza atmazdı.
MKİ rəhbəri vəzifəsinə namizəd Pompeo Senat komitəsinə deyib ki, Rusiya “Ukranynanı aqressiv şəkildə işğal edir, Avropanı hədələyir və İslam Dövləti təşkialtının məğlub edilməsi üçünsə heç bir iş görməyib.”
Təhlilçilər bidlirirlər ki, Tramp Senatın Rusiyaya münasibətini bildiyindən məhz belə “keçərli” namizədlər təqdim edib.
Senat komitəsi qarşısındakı çıxşında Pompeo deyib ki, ABŞ kəşfiyyatının Rusiyanın Amerika seçkisinə müdaxiləsi barədə nəticələrini dəstəkləyir.
53 yaşlı Pompeo deyib ki, kibermüdaxilədən Rusiyanın məqsədi Amerika demokratiyasını sarsıtmaq olub.
O bunu da əlavə edib ki, kibermüdaxilə kampaniyasına Kreml səviyyəsində sərəncam verilib.
General üçün istisna
Mattis-in namizədliyinə gəlincə bir sıra senatorları onun hərbçi olması narahat edirdi, beləki ABŞ qanunlarına görə hərbiyyəyə mülki şəxs rəhbərlik etməlidir.
Lakin Senat Komitəsi 24-3 nisbəti ilə bu qanundan birdəflik istisna edilməsinə səs verib.
Konqres bundan əvvəl belə bir istisnanı 1950-ci ildə ordu generalı George Marshall üçün etmişdi.
Müşahidəçilər bu iki namizədin Rusiyanın ürəyindən olmayacağını hələ əvvəldən bildirirdilər.
Rusiyanın dövlət telekanalları Mattis və Pompeo-nun Senat komitəsindəki çıxışlarını Kremlin arzusuna uyğun şəkildə işıqlandırıblar.
Rossia 24 kanalı Mattis-in çıxışından yalnız Rusiya ilə əməkdaşlığın mümkün olduğunu söylədiyi məqamı qabardıb.
Müşahidəçilərin qənaətinə görə Trump-ın seçki qələbəsinə sevindiyini gizlətməyən Rusiya dövlət mediasının eyforiyası getdikcə öləziyir.
Üstəlik də, Senat Komitəsində bu söhbətlərin getdiyi bir vaxtda ABŞ Rusiya sərhədinə İkinci Dünya Müharibəsindən bu yana misli görünməmiş sayda ağır texnika cəmləşdirir.