Azərbaycan “Dəmir Günbəz”in ən yeni versiyasını alır: raketlərdən tutmuş pilotsuz təyyarələrə qədər…

0
640
 

Bir neçə illik cəhdlərdən sonra nəhayət İsrail özünün “Dəmir Günbəz” (“İron Dome”) raketdən müdafiə sisteminin ixracı ilə bağlı ilk sifarişi alıb. Bu, müsəlman ölkəsi Azərbaycandır.

ABŞ-ın “Strategy Page” saytında belə deyilir.

Sayt yazır ki, sistemi ixrac etmək üçün müştərilər tapmaq çətin idi. Çünki az ölkə var ki, kütləvi şəkildə minomyot və raket atəşinə məruz qalsın. Daha doğrusu belə ölkələr çoxdur, ancaq onların əksəriyyəti müsəlman ölkəsidir və İsraillə problemləri var. “Əksər müsəlman ölkələri İsraillə ticarəti boykot edir. Lakin Azərbaycan neft sərvətlərinə malik çox az müsəlman ölkələrindən biridir ki, İsraillə sıx ticarət tərəfdaşlığına malikdir. Bundan əlavə Azərbaycanın əhalisi əsasən türklərdən ibarətdir və ölkənin İranla münasibətləri çoxdandır ki, yaxşı deyil. Ancaq Azərbaycan üçün əsas hərbi təhdid xristian Ermənistandır. Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlara baxmayaraq onların arasındakı münaqişə qalmaqdadır. Təmas xətti boyu toqquşmalar davam edir. “Dəmir Günbəz” sistemi də məhz buna görə lazımdır”-sayt yazır.

“Strategy Page” qeyd edir ki, Azərbaycanın İsraildən “Dəmir Günbəz” alacağı təsdiqlənib, lakin satışa dair detallar-neçə batareya alınacağı, çatdırılma qrafiki və s. məlum deyil.

Saytın yazdığına görə 2016-cı ildə “Dəmir Günbəz” uğurla yenilənib və sınaqdan çıxarılıb. Nəticədə bu sistem ən müxtəlif tip pilotsuz uçan aparatları da vura bilir. Sistemi istehsal edən “Rafael Advanced Systems” şirkəti onun proqram təminatını dəyişdirib və bunu Pentaqonun sifarişi ilə edib. O vaxta qədər “Dəmir Günbəz” vertolyotlardan tutmuş təyyarələrə, minomyot mərmlərindən tutmuş müxtəlif tip raketlərə qədər hədəfləri vura bilirdi. Birləşmiş Ştatlar “Dəmir Günbəz” sisteminin modernləşdirilməsi və satın alınması üçün İsrail şirkətinə 1 milyard dollar ayırıb. Sistemə yeni funksiyalar əlavə olunub və gözlənilir ki, bu, Azərbaycana satılacaq ixrac versiyasının istehsalına kömək edəcək. Çünki sistemin məhz bu yeni funksiyaları Azərbaycanın marağını cəlb edir.

“Strategy Page” qeyd edir ki, “Dəmir Günbəz” 2009-cu ildən istismardadır və özünü döyüşdə göstərə bilib. Sistem raketlərin trayektoriyasını tez müəyyən etmək üçün iki radardan istifadə edir, əgər raketin yaşayış olmayan əraziyə düşəcəyi məlum olursa onu vurmur. Lakin əgər kompüterlər göstərsə ki, raket yaşayış məntəqəsinə və digər vacib obyektə düşəcək, o zaman qiyməti 50 min dollar olan,  idarəedilən “Tamir” raketi sistemdən strat götürür və hədəfi məhv edir. “Dəmir Günbəz” eyni vaxtda bir neçə yüz hədəfi izləyə bilir və bu da sistemi iqtisadi baxımdan effektli edir. Belə ki, “Hizbullah”la müharibədə “Dəmir Günbəz” yaşayış məntəqələrinə istiqamətlənən raketlərin 85 faizini tutmuşdu.

Sistem habelə 3 min metrdən 10 min metrə qədər yüksəklikdə uçan təyyarələri, vertolyotları da vura bilir. Raketlərinin diapazonu 70 kilometrdir. Lakin bu məsafənin 200 kilometrə qədər artırılması üzərində iş gedir.

2014-cü ildə İsrail ordusunun sərəncamında 15 batareya “Dəmir Günbəz” və 2 mindən çox “Tamir” raketi var idi. Bu da İsrailə minlərlə raket atmağa hazır olan “Həmas”ın təhdidlərini neytrallaşdırmağa kifayətdir. Bir batareya “Dəmir Günbəz” atəşin idarə edilməsi qurğusu, RLS və 3-4 buraxılış qurğusuna malikdir. Hər qurğuda 20 raket var. Bir batareyanın qiyməti raketlərin sayından asılı olaraq 37-50 milyon dollar arasındadır.

Virtualaz.org

BIR CAVAB BURAXIN