Sabah 3500 məhbus azad ediləcək

0
676

Sabah 28 May – Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin (MM) qərarı qüvvəyə minəcək.

“Report” xatırladır ki, amnistiya aktının icra müddəti 4 aydır. Amnistiya aktı ümumilikdə 10 min nəfərə şamil ediləcək, 3500 nəfər azadlığa buraxılacaq.

Qeyd edək ki, amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə Azərbaycanın birinci xanımı, MM-in deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva çıxış edib. Milli Məclis həmin aktı qəbul edib.

BIR CAVAB BURAXIN