Qəbiristanlıqda əlavə yerə icazə verilməyəcək

0
742

«Milli Məclis gələn il «Məzarlıqlar haqqında» qanun layihəsinə baxacaq».

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Komitə sədri bildirib ki, qanun layihəsində yeni salınacaq məzarlıqlarda məzar daşlarının ölçüləri, məzarlar arasındakı məsafə, kimsəsiz insanların dəfni məsələsi yer alıb:

«Bəzən kimlərsə qəbiristanlıqda əlavə yer götürür. İnsan vəfat etmədən məzarlıq yaradırlar. Gələcəkdə buna yol verilməyəcək. Məzarlıqlar haqda yeni qaydalara uyğun olaraq, şəxs vəfat edibsə, yalnız vəsiyyətinə uyğun olaraq, onun yanında kişidirsə, ailə üzvü, həyat yoldaşı dəfn oluna bilər. Başqa heç bir halda əlavə yer götürülməsinə icazə verilməyəcək».

M.Qurbanlı qeyd edib ki, yeni qaydalara əsasən, məzarlıqlar yenə bələdiyyələrin sərəncamında olacaq.

BIR CAVAB BURAXIN