Ərdoğa Ruhani, Əsəd və Putin Astanada görüşəcəklər

0
782

 

Bu gün canlı yayımda çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkə daxili vəziyyətə və bir çox beynəlxalq hadisələrə toxunaraq onlar barədə öz fikrini bildirib. Putin Rusiyanın istər Suriya, istərsə də digər hadisələrə münasibətdə çevik siyasət yeritdiyini söyləyib. Ölkə daxilində iqtisadi vəziyyətin yaxın vaxtlarda düzələcəyini və artıq inkişaf tempinin hiss edildiyini söyləyən Putin sanksiyalardan Rusiyanın daha da güclü çıxdığını xüsusi vurğulayıb. Putin yaxın qonşularla, o cümlədən Ukrayna ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atıldğını bildirib. Putin bu müstəvidə də Ukrayna ilə Rusiya arasında əlaqələrin gələcəyinə nikbin baxdığını deyib. Kremlin sahibi raket hücumundan müdafiə sistemi ilə bağlı BBC-nin sualına cavabında Rusiyanın bu sahədə xeyli irəli getdiyini söyləyib. O deyib ki, ABŞ özü raket hücumundan müdafiə sistemindən çıxıb və Rusiyada buna cavab olaraq bu sahədə təhlükəsizliyini təmin edən addımlar atıb. Putin xatırladıb ki, ABŞ hər yerdə öz nüvə arsenalını yeniləyir və onları müasirləri ilə təchiz edir. Rusiya prezidenti buna misal kimi ABŞ-ın Türkiyədə, Niderlandda və Böyük Britaniyada yeni müasir hava hücumlarından müdafiə sistemlərini yerləşdirməsini göstərib: “Bəli, biz bu sahədə xeyli irəli getmişik və nüvə arsenalımızı yeniləməkdə davam edirik. Amma qarşı tərəf də bunu edir və biz bunu təbii qarşılayırıq.”

Putin prezident seçkiləri zamanı Rusiyadan olan haker hücumunun guya Trampın qələbəsində önəmli rol oynaması ilə bağlı ittihamları qəbul etmədiyini, lakin uduzan tərəfin həmişə hansısa bəhanə axtardığını söyləyib. Bununla belə o haker hücumu zamanı həqiqətlərin üzə çıxdığını və uduzan tərəfin faktlar qarşısında aciz qaldığını söyləyib: “Demokratlar Partiyası Milli komitəsi sədrinin haker hücumundan sonra istefa verməsi ortaya çıxan faktların doğru olduğünu göstərdi. Əgər uduzan tərəf özündə cəsarət tapsaydı, onda bu faktlara görə seçicilərindən üzr istəyərdi”.

Putın Türkiyə ilə münasibətlərlə bağlı suala cavabında deyib: “Türkiyə ilə münasibətlərdə irəliləyiş əldə edilib. İlk dəfə Rusiya, İran və Türkiyə Suriyaya münasibətdə ortaq mövqedən çıxış etdilər. Mən təyyarəmizin vurulması zamanı bunun Türkiyə rəhbərliyinin göstərişi ilə edildiyi qənaətində idim. Lakin bizim yaxınlaşmağımıza mane olmaq üçün Türkiyədə dövlət çevrilişi edilməsi, indi də səfirimizin öldürülməsi firkrimin dəyişməsinə səbəb olub. Belə hesab edirəm ki, iki ölkə arasında əlaqələrin yaxşılaşmasını istəməyən güclər Türkiyədə rəsmi qurumlara sızıblar. Biz hazırda 3 ölkə birgə Suriyada atəşkəsin elan edilməsinə nail olmaq niyyətindəyik. Bu müstəvidə də neytral ölkədə – Qazaxıstanın paytaxtı Astanada Nazarbayevin təşəbbüsü ilə İran, Türkiyə, Rusiya həmçinin Suriya prezidentlərinin iştirakı ilə görüş keçirmək niyyətindəyik”.

Putin digər bir suala cavabında həmçinin Boris Nemtsovun öldürülməsi ilə bağlı istintaq işini nəzarətdə saxladığını deyib.

BIR CAVAB BURAXIN