Türkiyə ordusu Əl-Bab və Hələbi birləşdirən yolu nəzarətə götürdü

0
786
 

Türkiyə Silahlı Qüvvələri Suriyanın Əl-Bab və Hələb rayonlarını birləşdirən yolu tam nəzarətə götürüb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

İnformasiyaya görə, yola tam nəzarətin edilməsi ilə bağlı keçirilən əməliyyat nəticəsində terrorçu İŞİD qruplaşmasının 15 silahlısı öldürülüb, terrorçuların 48 sığınacaq və istehkamı məhv edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri 120 gündür Suriyada “Fırat Kalkanı” (“Fərat qalxanı”) adı altında antiterror əməliyyatı keçirir.

BIR CAVAB BURAXIN