Dərbənd qalasını necə ‘restavrasiya’ ediblər?

0
652

Bu yaxınlarda mədəniyyət nazirinin müavini Grigory Pirumov vəzifəsindən azad edilib. Qədim Dərbəndin restavrasiyasını o kurasiya edirdi. Məmur dövlət vəsaitinin oğurlanmasında ittiham olunur.

“ADİ DAŞI SEMENTLƏ HÖRÜBLƏR”

Ancaq Dağıstanda hesab edirlər ki, təkcə o deyil, başqa məmurlar da məsuliyyətə cəlb edilməlidir. Bir çoxlarının fikrincə, məqsədləri büdcə pullarını mənimsəmək olan restavratorlar nə alimlərin fikrini, nə də memarlıq tələblərini nəzərə alıblar.

Büdcə pullarının oğurlanmasından başqa, Narınqala qalasının tarixi divarına ziyan vurulub. Belə ki, restavrasiya işində adi tikinti materiallarından istifadə edilib.

 

Dərbəndli ictimai fəal Razakhan Babayev deyir ki, restavrasiyadan öncə divar indikindən qat-qat təbii görünürdü.

«Adi daşı sementlə hörüblər. Belə də restavrasiya olar?! Ya da, heç olmasa, qədim divarın tikildiyi daşların ölçüsünü qoruyub saxlayardılar», – deyə dərbəndli fəalgileylənir.

Babayev Dərbəndin qədim divarının tarixi dəyərinə münasibətdən narazıdır. Onun sözlərinə görə, şəhərin aşağı hissəsinə yaxın yerdə qədim divarı uçuraraq bazarlara keçid yaradıblar.

TİKİŞLƏRİN ÜSTÜ SUVANIB

Tikinti mühəndisi Said Musayev də hesab edir ki, Narınqalanın bərpası zamanı heç bir norma gözlənməyib, qalanın tarixi siması, hörgü ənənələri nəzərə alınmayıb. Tikinti texnologiyasına da əməl edilməyib. Nədənsə, hörgünün tikişlərinin üstü suvanıb. Bu isə divarın tarixi görkəminə qətiyyən uyğun deyil. Dərbənd qalasının bərpası zamanı Musayev “Narınqala” tarixi-mədəni muzey-qoruğunda memarlıq şöbəsinin müdiri olub.

Mütəxəssislər bilirlər ki, Dərbəndin qədim divarının strukturu üç qatdan ibarətdir: iki kənar qat və özək. Kənar (qabıq) qatlar quru hörülüb. Yalnız divarın orta qatında sementdən istifadə olunub. Divarın daxili qatı kirəc məhlulu ilə qarışdırılmış qaba daşlardan ibarət olub. Bu, monolit divarın daxili və xarici hissələrini özünə yapışdırırdı.

«Bu boşluğu, sadəcə, daşlarla doldurub üstünə bir az məhlul töküblər, üzərinə isə plitə döşəyiblər. İndi təsəvvür edin ki, bu divar şəhərin içindən keçir, bizsə seysmik təhlükəli regionda yaşayırıq», – deyə Musayev qeyd edir.

 

“DİVARIN BAŞINA AÇDIQLARI OYUNU GİZLƏTMƏKDƏN ÖTRÜ…”

Bərpaçılar hörgünün tikişlərini rütubətin və burada bitə biləcək bitkilərin qarşısını almaqdan ötrü suvadıqlarını deyirlər.

«Ancaq bu, başdan-ayağa sayıqlamadır! Axı min beş yüz il ərzində bu baş verməyib. Düşünürəm ki, onlar qədim divarın başına açdıqları oyunu gizlətmək üçün tikişləri suvayıblar. Özü də bu iş ən qısa zamanda görülüb. Halbuki, belə obyektlərin bərpasına adətən illərlə, bəzən on illərlə vaxt gedir», Musayev deyir.

 

«Qalanı isə, ümumiyyətlə, anlaşılmaz bir attraksiona çeviriblər. Bir o qalıb ki, “baxış təkəri” quraşdırsınlar. Yaxud da, hörmətli qonaqların vaxtaşırı tamaşalara gəlməsi, əl çalıb, sonra da helikopterlə uçub getməsi üçün teatr meydançası düzəldiblər», – deyəmütəxəssis gileylənir.

Bərpa işləri zamanı Narınqalada son 40 il ərzində aşkarlanmış yeddi saray qalasını torpaqla örtüblər.

Azadliq.org

BIR CAVAB BURAXIN