22 yaşlı azərbaycanlı türkiyəli sevgilisinə iplə çəkdirdiyi şəkli göndərdi, intihar etdi

0
766
 

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda yaşayan Azərbaycan vətəndaşı, 22 yaşlı Hicran Novruzova intihar edib. Qız intihardan əvvəl birlikdə yaşadığı sevgilisinə masa üzərində boynuna keçirmiş iplə çəkilmiş, altından “intihar edirəm” yazdığı fotosunu göndərib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə dünən saat 15:00-da baş verib. Hicran Novruzova rayondakı kafelərin birində işləyib, qadının psixoloji problemləri olduğu ehtimal edilir. Onunla eyni kafedə işləyən sevgilisi intihar mesajından sonra Hicrana zəng vurub, qadın zənglərə cavab verməyib.

Hadisə yerinə polis və həkimlər çağrılıb, lakin qadının həyatını xilas etmək mümkün olmayıb. Novruzovanın cəsədi ekspertiza üçün İzmirə göndərilib.

Ülviyyə

Virtualaz.org

BIR CAVAB BURAXIN