Ştaynmayer Rusiya və ABŞ-ı Suriya üzrə danışıqları davam etdirməyə çağırıb

0
1005

 

Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbdə atəşkəsin dayandırılması ilə bağlı danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb. “Yeniavaz.com”un İzvestiya.ru-ya istinadən verdiyi məlumata görə, Ştaynmayer Hələbdə atəşkəsin əldə edilməsi barədə ABŞ-la Rusiya arasında əlavə məsələhətləşmələrə ehtiyac olduğunu vurğulayıb. Ştaynmayerin fikrincə, hərbi əməliyyatların dayandırılması bölgədə atəşkəs rejiminin bərpa edilməsinə yol açmalıdır. Bu da öz növbəsində Hələbə humanitar dəhlizin açılmasına yardım edə biləcək.

BIR CAVAB BURAXIN