Hamburqda ikili standartlar yenə də işə düşdü

0
647

 

Gözlənildiyi kimi Qarabağ münaqişəsinin həlli ilə bağlı Hamburqda keçirilməsi nəzərdə tutulan Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş qarşı tərəfin təcavüzkarlıq siyasətindən əl çəkmək istəməməsi nəticəsində baş tutmayıb. Belə ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburq görüşündə Qarabağ münaqişəsi ilə bağlı danışıqların yenidən bərpa edilməsinə Ermənistan müxtəlif bəhanələrlə mane olub. Halbuki ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburq görüşündə ABŞ Dövlət katibi Con Kerri, həmçinin Almaniyanın xarici siyasət idarəsinin başçısı Ştaynmayer münaqişənin həllinin uzanmasının Avropada təhlükəsizliyi təhdid altın aldığını xüsusi vurğulayaraq tərəfləri qısa müddətdə problemi həll etməyə çağırıblar. Lakin həm Kerrinin, həm də Ştaynmayerin çıxışlarında yenə də münaqişənin həllinə münasibətdə ikili standartlar özünü göstərib. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayer münaqişənin həll edilməməsinin günahını yenə də tərəflərin özündə axtarmağa cəhd edib. O riyakarcasına münaqişənin həll edilməməsinə görə ATƏT-i günahlandırmağın doğru olmadığını və problemin həllinin Azərbaycan və Ermənistandan asılı olduğunu vurğulayıb. Əslində Ştaynmayerin məsələyə belə yaxınlaşması ATƏT-in təcavüzkarın dəstəklənməsinə xidmət edən ikili standartlardan çıxış etdiyinin bir daha təsdiqinə çevrildi. Çünki ATƏT Minsk Qrupunun yaradılmasının əsas səbəbi tərəflərin münaqişənin həllində ortaq məxrəcə gələ bilməməsi oldu. Görünür Ştaynmayer ATƏT MQ-nin nə üçün yaradılmasını “unudub” və günahı ona görə yenə də tərəflərin özündə axtarmaqla qurumun fəaliyyətsizliyini ört-basdır edə biləcəyini düşünüb. və bunun nəticəsində çoxlu sayda insanlar zərər çəkdilər”, – deyib.

O iddia edib ki, guya aprel döyüşlərindən sonra ATƏT üçün danışıqların yenidən başladılmasına nail olmaq müşkülə çevrilib. Halbuki ATƏT MQ yaradıldığından ötən 23 il ərzində bu qurum problemin həlli üçün hər hansı ciddi bir addım atmayıb və onun əsas vəzifəsi mövcud status-kvonun qorunub saxlanılması olub. Aprel döyüşlərinin başlanmasına səbəb də məhz ATƏT MQ-nin təcavüzkarın nazı ilə oynaması, işğalçı ilə işğala məruz qalan ölkəyə eyni müstəvidən yanaşması oldu.

Ermənistan tərəfinin danışıqlardan imtina etməsinin səbəblərinə gəlincə, bunun arxasında aprel döyşlərindən sonra Rusiyanın təcavüzkar dövləti yenidən silahlandırmasının və ona “İsgəndər” raketlərinin verməsinin dayandığı sirr deyil. Məhz Rusiyadan hədiyyə edilən müasir silahlar Ermənistanın sülh danışıqlarından imtina etməsinə gətirib çıxarıb. Buraya münaqişənin həllində vasitəçi qüsmində iştirak edən digər həmsədr ölkələrin də mövqeyinin Ermənistana münasibətdə Rusiya ilə üst-üstə düşdüynü və onların təcavüüzkarı pərdə arxasından dəstəkləməsini əlavə edəndə onda problemin həlli edilməməsində günahkarların kim olduğu aydın şəkildə ortaya çıxır. Belə vəziyyətdə isə Azərbaycanın Qarabağ münaqişəsinin həllində ATƏT -dən nə isə gözləməsi sadəcə olaraq sadəlövlük olardı…

Əziz Mustafa

BIR CAVAB BURAXIN