Ermənistanı Yer üzündən silmək istəyən KREMLİN ADAMI 

0
623

Ermənistanı Yer üzündən silmək istəyən KREMLİN ADAMI - SORĞU

Heydər Camal 70 yaşında vəfat etdi. Politoloji fikirləri, fəlsəfi düşüncəsi ilə seçilən bu şəxsin vəfatının hər şeydən öncə İslam dünyası üçün itki olduğu hesab edilir. Axı o, Şimal qonşumuzun 20 milyon müsəlman kəsiminə xitab edən Rusiya İslam Komitəsinin sədri idi. Digər tərəfdən, əslən azərbaycanlı olan H.Camalın ölümü Azərbaycan üçün, xüsusilə Rusiyada azərbaycanlı obrazı üçün ciddi itkidir.

“Rusiya siyasi sisteminə bağlı olsa da…”

Картинки по запросу Fazil Mustafa

“O, hər şeydən öncə İslamı cəmiyyətə çatdırma üslubu ilə fərqlənirdi”. Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa Heydər Camalı belə xarakterizə edir.

Publika.az-a açıqlamasında F.Mustafa bildirib ki, Rusiyada belə intellektual mövqeyə malik olan insanın olması Azərbaycanın xeyrinə idi: “Heydər Camal Rusiya siyasi sisteminə bağlı şəxs olsa da, ciddi prinsipiallığını, obyektiv mövqeyini itirmirdi. Onun azərbaycanlı olması isə Rusiyada Azərbaycan haqqında düşüncələrə müsbət təsir edirdi. Ümumilikdə İslam və türk maraqlarının müdafiəsi baxımından onun ölümünü böyük itki hesab edirəm”.

“Onun məntiqi qarşısında duruş gətirmək çox çətin idi”

Картинки по запросу Sabir Rüstəmxanlı

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da Heydər Camal haqqında fikirlərini Publika.az-la bölüşüb. Keçmiş deputat Heydər Camalla bir neçə dəfə şəxsən görüşdüyünü deyir.
“Maraqlı, zəngin dünyası olan adam idi. Ondan əvvəl atası Cahid Camalı tanıyırdım. O, böyük rəssamımız idi. Atası ilə da görüşmüşdüm. Ümumiyyətlə, bütün həyatlarını Azərbaycan mədəniyyəti, incəsənəti ilə bağlayan ailədir. Heydər Camal da həm İslam, həm də Azərbaycan üçün böyük işlər görüb. Onu post-sovet məkanında yaxşı tanıyırlar. Rusiya telekanallarında davamlı olaraq İslam dünyası, Şərqlə bağlı mübahisəli məsələləri şərh edərdi. Öz məntiqi, ağlı və böyük informasiyası ilə bütün İslam aləminin ləyaqətli təmsilçisi idi. Xüsusilə Rusiyada İslamı xristianlara bağlamaq istəyənlərin, yaxud mahiyyətindən kənar şərh etməyə cəhd edənlərin qarşısında qala kimi dayanırdı. Heydər Camalın məntiqi qarşısında duruş gətirmək çox çətin idi”, – deyə S. rüstəmxanlı vurğulayıb.

“Böyük itkidir”
Картинки по запросу Nizami Cəfərov
Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov Publika.az-a açıqlamasında bildirib ki, Heydər Camalla şəxsi tanışlığı olmasa da, haqqında çox eşidib: “Bir sıra müsahibələrini də oxumuşam. Düşüncə adamı idi. Fikrimcə, belə adamların itkisi böyük olur. Lakin Rusiyada və İslam aləmində ona istinad olunacağını, daim xatırlanacağını hesab edirəm”.

Qeyd edək ki, H.Camalın Rusiya siyasi sisteminə bağlı olduğu deyilsə də, 2010-cu ildə onun Rusiya müxalifətinin “Putin getməlidir” adlı müraciətini imzalaması fikirləri qarışdırır.
H.Camal həmçinin, Dağlıq Qarabağ məsələsində də Rusiyaya qarşı çıxış edirdi.
Misal üçün, o müsahibələrinin birində deyir: “Moskva icazə versəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll edilmiş olardı. Əgər Ermənistana Rusiya dəstəyi olmasa, erməni dövlətinin mövcudluğu məsələsi bağlana bilərdi. Amma Moskvaya onu dəstəkləmək və erməni yarasını saxlamaq çox sərfəlidir. Bu, Azərbaycana təzyiqi göstərmək üçündür. Gürcüstan üçün Cənubi Osetiya və Abxaziya belə yara kimi Moskvaya xidmət edir”.
Onun fikrincə, Qarabağ münaqişəsinin həlli Ermənistanın dövlət kimi ləğvi və torpaqlarının Azərbaycana ötürülməsindən ibarətdir. H.Camal həmçinin hesab edirdi ki, ermənilər Allahın düşmənidir və qeyd edirdi ki, Ermənistan birmənalı olaraq məhv olmağa məcburdur.

BIR CAVAB BURAXIN