“Başər Əsədın devirilməsi ilə bağlı prezident Erdoganın dediklərinə aydınlıq gətirilməsini gözləyirik”.
Bunu noyabrın 30-da Kremlin sözçüsü Dimitry Peskov bəyan edib.
Amma o qeyd edib ki, bu bəyanata görə Rusiya-Türkiyə münasibətlərinin dəyişməsindən danışmaq hələ ki, tezdir.
Peskov qeyd edib ki, Türkiyə prezidenti Racep Tayyip Erdoganın Suriya prezidenti Bashar Assadı devirmək barədə dedikləri Rusiyanın Suriya ilə bağlı mövqeinə uyğun gəlmir və Moskva bu bəyanata aydınlıq gətirilməsini gözləyir.
Erdogan bundan əvvəl İstanbulda çıxış edərkən bildirib ki, Türkiyə “qəddar” Bashar Asad rejimini devirmək üçün Suriya ərazisində antiterror əməliyyatına başlayıb.
Peskovsa buna işarə olaraq qeyd edib ki, təkcə Rusiya ordusu Suriyaya qanuni girib.