Rusiya Ayı özünün koloniyasına çevirmək niyyətindədir

0
601

11

Rusiya Ayda elmi stansiya yaratmaq fikrindədir və bu ideyanı həyata keçirmək məqsədilə yüksək ağırlıqlı raketlərin işlənib hazırlanmasına başlayıb. Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin «Roskosmos» dövlət korporasiyasındakı çıxışı zamanı məlumat verib.
«Prezidentin tapşırığı ilə – o, indi texniki hazırlıq mərşhələsindədir – biz, yüksək ağırlıqlı raket layihəsinə keçirik. Bu isə tamamilə başqa imkanlar və yükləmələr deməkdir. Bu, Ayda insanların məskunlaşdığı və ya mütəmadi baş çəkdiyi elmi stansiyanın reallaşdırılması deməkdir» – deyə, Roqozin qeyd edib.
Yüksək ağırlıq sinfinə aid Rusiya daşıyıcı raketlərinin yaradılması layihəsi 2014-cü ilin payızında təsdiqlənib. Amma 2015-ci ilin baharında «Roskosmos»un başçısı İqor Komarov xəbər verib ki, yeni raketlərin hazırlanması təxirə salınır. Layihə yazda qəbul olunmuş 2016-2025-ci illər üçün Federal kosmik proqramına daxil olmayıb. Bununla yanaşı 2025-ci ilə qədər «Feniks» raketini yaratmaq nəzərdə tutulur. Bu raket yüksək ağırlıqlı daşıyıcı raketin birinci pilləsi olacaq.
Bundan əvvəl Roqozin bəyan etmişdi ki, hazırda Rusiya, orbitə çıxarılması üçün yüksək ağırlıqlı raketlərin tələb olunduğu kosmik aparatlara malik deyil. Ancaq beləsi yaradıldıqdan sonra müvafiq tapşırıqlar meydana gələ bilər.

BIR CAVAB BURAXIN