BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni qətnamə qəbul edəcək

0
632

11

Noyabrın 30-da ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qətnaməsi BMT Təhlükəsizlik Şurasında  səsverməyə çıxarılacaq.

 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə diplomatik mənbələr bildirib.

 

Sanksiyalar Şimali Koreyanın sentyabrda həyata keçirdiyi sayca beşinci nüvə sınağı ilə əlaqədar tətbiq edilir. Məlumata görə, veto hüququna malik olan ölkələr (Çin, Böyük Britaniya, Rusiya və Fransa) sanksiyaların gücləndirilməsinə dair qərarı dəstəkləyiblər. Qətnamə müəyyən malların ixracına məhdudiyyətləri nəzərdə tutur.

BIR CAVAB BURAXIN