|
Türkiyə hökuməti HDP-çi deputatları həbs etdiyinə görə beynəlxalq təzyiqlərə məruz qalacaq.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı kürd lider Cəlal Təlabaninin Kürdüstan Yurdsevərlər Partiyası yayıb. Partiya Türkiyənin bununla yeni bir çevrilişə zəmin hazırladığını bildirib:
“Həbs edilən partiya üzvləri sərbəst buraxılmalıdır. Üstəlik, Türkiyə təcili olaraq PKK ilə sülh görüşlərinə yenidən qayıtmalıdır”.
Qeyd edək ki, Cəlal Təlabani 2005-2014-cü illərdə İraq prezidenti olub. İraq kürdləri arasında böyük dəstəyə sahibdir. Təlabaninin PKK terror təşkilatı ilə sıx əlaqələri var. Üstəlik o, uzun müddət rəsmi Tehran tərəfindən dəstəklənib və indiyə İranın adamı olaraq tanınır. Təlabani ABŞ-ın İraqı işğal etməsindən ən çox fayda götürən şəxs hesab edilir.