74 yaşlı azərbaycanlı qadın Hindistanda necə din xadimi oldu?

0
787

Əslən Şəkidən olan Sumqayıt şəhər sakini, 74 yaşlı Zemfira Mustafayeva Hindistanda din xadimi kimi işləyib.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadın Hindistanın dağ kəndində məbədi abadlaşdırıb. Bundan sonra ölkənin dörd bir yanından məbədə, əcnəbi qadını görmək üçün yüzlərlə insan axışıb. Əyalət meri dağ kəndinin abadlaşdırılmasına yardım edib. Heç vaxt işıq, qaz xətti olmayan kəndə elektrik, qaz verilib. Qadın öləndən sonra isə hindlilər onu ruhani ustad elan ediblər, şəkili qadının heykəlləri ucaldılıb.

İndiyədək onunla bağlı bir çox qəzetlərdə məlumatlar yerləşdirilib. Z.Mustafayeva xarici mətbuata açıqlamasında Hindistana gəlməzdən əvvəl qəribə yuxular gördüyünü deyib.

“Hindistanda dini məbəd gördüm. Məbəd dağılmışdı, gəlib-gedən yox idi. Orada din xadimi kimi qarşılandığımı, dini ayinlər yerinə yetirdiyimi görürdüm. Sonra səslər eşidirdim, mənim o məbədə getməyimi istəyirdilər”, – deyə qadın müsahibələrində bildirib.

Yaxınlarının israrına baxmayan qadın Hindistana gedib və yuxusunda gördüyü məbədi axtarıb.

“Məbəd Hindistanın cənub ərazisindəki Andra-Pradeşdə, Vedadri kəndi yaxınlığında yerləşir. Məbədin adı Qadadridir və kənddən 2-2,5 kilometr uzaqda dağın zirvəsindədir”, – mətbuat yazır.

Hindistanda yaşayan azərbaycanlı iş adamı Həbib Bağırovun sözlərinə görə, məbədin yerləşdiyi ərazi çox gözəldir. Məbədin yaxınlığından Krişna çayı axır. Lakin məbəd əvvəllər, qadının yuxuda gördüyü kimi, baxımsız olub. Sadəcə həftədə bir dəfə ora kahin baş çəkib. Məbədin ətrafı meymun, ilan və yırtıcılarla dolu olub. Odur ki, kənd sakinləri ora gedə bilmirmiş. Qadının məbəddə qalmasının mümkün olmayacağını, yırtıcılar tərəfindən öldürüləcəyini güman edirlərmiş. Lakin qadın məbəddə yaşamağa başlayıb. Qadın elə orada, Hindistanda xidmət etdiyi məbəddə dünyasını dəyişib.

İndi Hindistanın hər tərəfindən bu azərbaycanlı qadının yaratdığı məbədi görmək üçün hər gün yüzlərlə turist kəndə axışır.

 

BIR CAVAB BURAXIN