
Kristiano Ronaldo maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib. Arazinfo.com-un Apasport.az -a istinadən məlumatına görə, Fransanın “Ekip” nəşrinə müsahibə verən portuqaliyalı ulduz çox uşağı olmasını arzuladığını bildirib. O, “Qızıl top”larının sayı qədər uşaq istədiyini deyib: “Hələ ki oynayıram və mümkün olan bütün mükafatları qazanmaq istəyirəm. Builk arzum 5-ci “Qızıl top”u qazanmaqdır, gələn il isə 6-cı üçün mübarizə aparacam. Çox şadam ki, uşaqlarla əhatə olunmuşam. Onları çox sevirəm və həyatımı onlarsız təsəvvür edə bilmirəm. 7 uşaq və bir o qədər də “Qızıl top”um olsun istəyirəm”.
Qeyd edək ki, bir neçə gün əvvəl 4-cü övladı dünyaya gələn “Real”ın hücumçusu bir o qədər də “Qızı top” mükafatına sahib olub.