7 Ərəb ölkəsi yeni ittifaq yaratdı

0
1008

Səudiyyə Ərəbistanı başda olmaqla Qırmızı dəniz və Ədən körfəzindəki 7 ölkə, Yəmən, Sudan, Cibuti, Somali, Misir və İordaniya “Bölgə İttifaqı” yaradıblar.

Mediainfo.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ər-Riyadda keçirilən “Qırmızı dəniz və Afrika buynuzu Ölkələri Xarici İşlər Nazirləri Toplantısı”nda müvafiq qərar qəbul edilib. Məqsəd bölgə ölkələrinin iqtisadi və siyası maraqlarının müdafiə edilməsi və bu istiqamətdə müvafiq addımlar atmaqdır.