56500-dən çox Azərbaycan vətəndaşı Prezident təqaüdü alır

0
710

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə 56500 nəfərdən çox şəxsə Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir.

Nazirlikdən virtualaz.org saytına verilən məlumatda deyilir ki, 176 nəfər Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmiş şəxslərdir (həmin şəxslərdən həlak olan insanların ailə üzvlərinə bu təqaüd ödənilir). Azərbaycan Prezidentinin aylıq təqaüdü ilə təmin olunanların 19699 nəfəri müharibə əlilləri və onlara bərabər tutulanlar, 13097-si şəhid ailələridir. Həmçinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş 115 nəfərin ailəsinə və 303 nəfər 20 Yanvar əlilinə, 405 nəfər İkinci Dünya müharibəsi iştirakçısına Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. 394 nəfərə isə Prezidentin fərdi təqaüdü verilir. Fəxri ad almış 2365 nəfər, ümumi səbəbdən I qrup əlil olan və əmək pensiyası almaq hüququ olmayan 19923 nəfər, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən 62 nəfər hərbi qulluqçunun ailə üzvləri də Prezidentin aylıq təqaüdü ilə təmin edilirlər.

BIR CAVAB BURAXIN