5 ölkə, 5 fəlakət: Qlobal istilik 3 dərəcə artarsa, nə baş verə bilər?

0
831
Paris İqlim Sazişinin Bonn şəhərində baş tutan müzakirəsindən bir müddət öncə BMT 2100-cü ildə qlobal istiləşmənin 3,2 dərəcəyə qədər artacağını açıqlamışdı.
“Qaynarinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bəs dünyada iqlim dəyişiklikləri ilə əlaqədar tempratrur 2-3 dərəcə artarsa nə baş verər. Tədqiqatçılar planetimizin 5 müxtəlif şəhərlərində belə bir vəziyyətin olma ehtimalını nəzərə alaraq araşdırma aparıblar.
Nyu-Orlean, ABŞ – fırtına və sel
İqlim dəyişikliyi fırtına və sel fəlakətlərinin yaranmasına səbəb olur. Belə ki, qlobal istiləşmə tempraturu 3 dərəcə artarsa Nyu-Orlean şəhərinin aqibəti sual altında qalacaq. Son hadisələr bir daha göstərdi ki, dəniz səviyyəsinin yüksəlməsi və dənizin sərhində tempraturun artması Katrina qasırğasına bənzər təbii fəlakətlər daha tez-tez yaşanacaq. 2017-ci ildə qeyri-adi hiperaktivliklə başlayan qasırğa dünyamızı bundan da böyük fəlakətlərin gözlədiyindən xəbər verir.
Paris, Fransa – isti hava dalğaları və çirklənmə
3 dərəcəlik tempratur artımı Paris İqlim Anlaşmasının vətənindən də yan keçməyəcək. Bu iqlim dəyişikliyi eyni zamanda isti hava axınının da artmasına səbəb olacaq. Dünya Hava Proqnozları Qurumunun hesabatına görə Avropada 2050-ci ildə hava tempraturu 40 dərəcəni ötəcək. Bu səbəbdən də Avropanın Paris kimi iri şəhərlərində istilik havanın çirklənməsinə gətirib çıxaracaq.
2017-ci ildə aparılan araşdırmalar nəticəsində hava çirklənmələrinin tempratur artımı ilə əlaqəli olduğu da sübuta yetirilib. Əlbəttə ki, bu da insan sağlamlığı üçün böyük təhlükədən xəbər verir.
Həmçinin isti hava şəraitinin böyük şəhərlərə necə təsir göstərəcəyini öyrənmək üçün 100 ilin bitməsini gözləməyə ehtiyac yoxdur. 2003-cü ildə Avropada hökm sürən istilik Fransadan da yan keçməmişdi. Belə ki, Parisdə bu səbəbdən ölüm faizi 2 dəfəyə qədər artmışdı.
Keyptaun, CAR – quraqlıq
Tempretur yüksəldikcə dünyadakı quraqlıq riski də bir o qədər artır. Bu, təkcə susuz bölgələr üçün deyil, həmçinin yağışlı ərazilər üçün də keçərlidir. Keyptaun son 100 ildə ən ağır quraqlıq dövrünü yaşayır. Keyptaunun Maliyyə Komitəsinin üzvü, eyni zamanda Dünya İqlim Konfransının iştirakçısı İohanVan Der Merve hazırda şəhərin mövcud su problemini yeraltı kəhrizlər, sudan həddindən artıq istifadənin məhdudlaşdırılması və təmizlənmiş dəniz suyu vasitəsilə aradan qaldırmağa çalışdıqlarını bildirib. Təbii ki, şəhər əhalisi artdıqca bu problem də böyüyəcək. Keyptaunun hazırda 400 min əhalisi var, lakin bu say hər il orta hesabla 3 faiz qədər artır.
“Yaxşı idarə olunan və qənaət şəhər ola bilərsiniz, lakin orada əgər su yoxdursa, deməli probleminiz var”, – deyə Van bildirib.
Dəkkə, Banqladeş – dəniz səviyyəsinin yüksəlməsi
14,5 milyon əhalisi olan Dəqqə dünyanın əhalisinə görə, dördüncü ən böyük şəhəridir. Dəniz səviyyəsinin yüksəlməsi Dəqqə üçün də həssas məsələdir.
Qlobal istiləşmənin 3 dərəcəyə qədər artması okean səviyyəsinin də 2-4 metr yüksəlməsinə gətirib çıxara bilər. 2013-cü ildə aparılan təhlillər göstərdi ki, Banqladeşdə qabarma və çəkilmələrin sürəti dünya ilə müqayisədə ortalama 10 qat artıqdır. Bu isə 2100-cü ildə Dəqqənin yaşayış üçün ən təhlükəli şəhərlərdən biri olacağını göstərir.
Belə ki, şəhərin dəniz səviyyəsindən sadəcə 4 metr yüksəklikdə yerləşməsini, Banqladeşdə yoxsulluq səviyyəsinin yüksək olmasını, həmçinin ölkənin məhdud sərvətlərə malik olmasını nəzərə alsaq, şəhərin iqlim dəyişikliyinə hazır olmadığını söyləmək olar
Norilsk, Rusiya – donmuş torpağın əriməsi
2 ildən uzun müddət donan torpağın sürətlə əriməsi ilk baxışdan o qədər də təhlükəli görünmür, elə deyilmi? Hamı əvvəlcə əkin üçün yararlı olan torpaqların artacağını düşünür, əslində isə belə deyil.
Rusiyanın Norilsk şəhəri dünyanın ən şimal nöqtəsində yerləşən şəhər statusunu hələ də qoruyur. İl boyu davam edən soyuq hava şəraiti torpağın da uzun müddət donmasına gətirib çıxarır. Belə bir şəraitdə qlobal istiləşmənin 2-3 dəfə artması Norilsk üçün də böyük təhlükələr vəd edir. Belə ki, şəhərdəki binaların bünövrəsi torpaq əridikcə zəifləyir. Araşdırmalar 2040-cı ildə Norilskdəki binaların 75 faizinin yararsız hala düşəcəyini proqnozlaşdırır. Hazırda bəzi binalarda çatların əmələ gəldiyi də bildirilir.

BIR CAVAB BURAXIN