400 min avroluq rumıniyalı müdafiəçi Azərbaycandan təklif alıb

0
620

Buxarest “Dinamo”sunun müdafiəçisi Steliano Filip karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb.

Rumıniya millisinin üzvü qış fasiləsində hazırkı komandasından ayrılmaq qərarına gəlib. “Dinamo”nun sahibi ilə görüşən 23 yaşlı futbolçu bu istəyini ona çatdırıb və qarşı tərəf keçidə mane olmayacağına söz verib. Təbii ki, 400 min avroluq təzminat haqqı ödəmək şərti ilə.

Filip menecerinə komanda axtarmaq barədə tapşırıq da verib. Futbolçunun 3 ölkədən – Azərbaycan, Türkiyə və İtaliyanın II liqasından təklif aldığı qeyd edilib.

Maraqlıdı ki, sol cinah müdafiəçisinin “Dinamo”da aylıq məvacibi 10 min avrodu ki, bu da komandada ən yüksək ikinci göstəricidi. Rumıniya klubu həm bu məbləğdən qurtulmaq, həm də onu sataraq, gəlir əldə etmək məqsədi güdür.

Qeyd edək ki, 2012-ci ildən “Dinamo”nun şərəfini qoruyan Steliano Filip 2015-ci ildən bəri Rumıniya millisinin heyətində 7 oyun keçirib.apasport

BIR CAVAB BURAXIN