Türkiyədə qətlə yetirilən avtoritet Rövşən Lənkəranskinin yaxın adamı Hacı Beyləqanski Rusiyada dünən saxlanılıb.
Arazinfo.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Hacı Talıbxanlı Lənkəranskinin qətlindən sonra İstanbul polisi tərəfindən saxlanılmışdı və bir müddət sonra bu işdə təqsiri olmadığı üçün sərbəst buraxılmışdı.
Daha sonra isə “Hacı” Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyevlə birlikdə Türkiyəyə səfər etmiş və elə onunla birlikdə də saxlanılmışdı. Hər ikisi azadlığa buraxılandan sonra Beyləqanski Rusiyaya gedib. Bu yaxınlarda Hacı Talıbxanlının əzəli rəqibləri olan “Lotu Quli”nin adamlarının əlindən Moskva bazarını alması məlumatı yayılıb. Elə onun dünən saxlanılması da bazara nəzarəti ələ keçirdiyinə görə olduğu bildirilir.
Rövşən Lənkəranski 2012-ci ildə Hacı Beyləqanskiyə oğru adı verib.