Beyləqan sakini keçmiş millət vəkilindən şikayətçidir

0
1027
Arazinfo.com saytına Beyləqan rayon sakinindən şikayət məktubu daxil olub. Şikayəti olduğu kimi təqdim edirik:
Sizə yazaraq bildirirəm ki,Beyləqan rayonundan keçmiş millət vəkili olan Ayaz Orucov vəzifə səlahiyyətindən sui istifadə edərək bizim ailəyə məxsus Beyləqan rayonunun mərkəzində qanuni sənədləri olan 20 sot torpaqımızı qanunsuz olaraq zəbt edərək məcbur əlimizdən almışdır.Hakimiyyətin ona olan etimadından istifadə edərək başqalarının malını,mülkünü qanunsuz zəbt edib özününkiləşdirən quldur Ayaz Orucov və onun tərəfdarları barəsində heç bir tədbir görülməmişdir.Bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etsəkdə Ayaz Orucovun yüksək vəzifəli dostlarının hesabına şikayətimiz baxılmamış saxlanılıb. Məlumatınız üçün nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ, qanunla qorunur.Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Cinayət məcəlləsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama torpaq sahəsini başqa üsullarla özbaşına tutma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti işlərini aparma üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.Buna baxmayaraq hələdə Ayaz Orucov və onun tərəfdarları barədə cinayət işi açılmamış və cinayət məsuliyyətinə cəlb olunmamışlar.Beyləqan rayonunda bizim ailəyə məxsus əmlakı quldurcasına zəbt edən düşmənimiz olan mənfur erməni qəsbkarlarından fərqi olmayan Ayaz Orucova qarşı olan şikayətimizi öz nəzarətinizə götürməyinizi sizdən artıq dərəcədə xahiş edirəm.Ümid edirik Ayaz Orucov və onun tərəfdarları törətdikləri cinayət əməllərinə görə layiqli cəzalarını alacaqlar. Foto 9 vərəq Xahiş edirəm işıqlandırın İmza : Əliyev Ruhid Məhəmməd oğlu Ünvan : Beyləqan rayonu Əlinəzərli kəndi Əlaqə nömrəm :055 4511770 Ayaz Orucovun nömrəsi: 050 2115293 050 2887777
Cavidan Gurbanov
 PS. Arazinfo.com saytı qarşı tərəfin də məsələ ilə bağlı mövqeyini dərc etməyə hazırdır.
Hakkında
Yerel saat 19:49
Al Murqab, Qatar‘da yaşıyor
Etiketler
Konuşmaları takip edip bulmana yardımcı olması için etiketler ekle. Etiketleri sadece yöneticiler görebilir.
Notların
Notlar konuşmalarını takip etmene yardımcı olur. Notları sadece yöneticiler görebilir.
Paylaşılan Görüntüler

Diğer görüntüleri gör

BIR CAVAB BURAXIN