37 dəqiqədə 3 erməninin törətdiyi 3 terror– KREMLİN GECƏ MÜŞAVİRƏSİ…  

0
603
8 yanvar 1977-ci il, Moskva şəhəri… Sovet dönəminin adətinə görə yanvarın 13-dək, köhnə yeni ilə qədər davam edəcək yeni il ovqatlı bayram günlərindən biri. Şənbə gününə təsadüf etdiyindən isə şəhər sakinlərinin və paytaxt qonaqlarının daha çox gəzintilərdə, əyləncələrdə olduğu bir vaxt. Və heç kimin ağlına gəlməyən gözlənilməz terror…

Modern.az saytı 1977-ci ildə ermənilərin Moskvada törətdikləri terror haqqında yazını təqdim edir.

İlk partlayış 17.33-də baş verir. Metronun “İzmaylovskaya” və “Pervomayskaya” stansiyalarının arasında partlayıcı qurğu vaqonların birində işə düşür.

Növbəti partlayış 32 dəqiqədən sonra, 18.05-də Dzerjiniski küçəsində yerləşən 15 saylı ərzaq mağazasında baş verir.

Üçüncü partlayışın səsi isə 5 dəqiqədən sonra, 18.10-da Nikolskaya küçəsində yerləşən ərzaq mağazasının qarşısından gəlir.

Beləliklə, 37 dəqiqə ərzində baş vermiş 3 terror nəticəsində 7 nəfər həlak olur, 37 nəfər yaralanır.

Baş verən hadisələr haqqında ictimaiyyətə heç bir məlumat verilmir. Amma buna baxmayaraq həqiqətə uyğun olan və olmayan söhbətlər Moskvanın əsas müzakirə mövzusuna çevrilir.

Hadisələrlə bağlı təcili olaraq DTK sədri Andropova və daxili işlər naziri Şelokova məruzə edilir. Baş verənlərin ciddiliyi nəzərə alınaraq elə həmin dəqiqələrdə Brejnevi məlumatlandırmaq qərara alınır.

 

 

Bağ evindən 20-30 km aralıda ov edən Leonid İliçə partlayışlarla bağlı məlumat verəndə Brejnev müvafiq qurum rəhbərlərinin təcili Kremlə toplaşması üçün göstəriş verir.

Kremldə terror aktı ilə bağlı müşavirə keçirilir. İlk növbədə hadisələrin siyasi xarakterli olduğu bəyan edilir. Hadisə yerinə ilkin baxışlar haqqında birbaşa müşavirəyə məruzələr olunur. Gecədən xeyli keçmişə qədər müşavirə davam edir. Brejnevnevin göstərişinə əsasən istintaq DTK-ya həvalə olunur və daxili işlər nazirliyi ilə prokurorluq da istintaqın gedişinə cəlb olunurlar.

İstintaq və axtarış tədbirləri 6 aya qədər nəticəsiz davam edir. Nəhayət təcrübəli müstəntiqlər ilkin qənaətlər əldə edə bilirlər. Əvvəlcə partlayıcı qurğunun harada hazırlanması haqqında bilgilər əldə olunur. Ehtimallara görə bu cür partlayıcıda istifadə olunan materialların Xarkovda, Yerevanda və Rostovda olma ehtimalı müəyyənləşdirilir. Müstəntiqlərdən biri, Nikolay Markovskiy partlayış baş verən ərazinin tam yoxlanılması zamanı hadisə yeri ilə üzbəüz olan tarix arxivi institutunun damının da yoxlanılmasını təklif edir. Bu təklifə çox ciddi yanaşmasalar da, o, təkidlə damda qarı təmizləyib ora baxış keçirir. Damda Yerevanda istehsal olunan zəngli saatın əqrəbi aşkar olunur. Təbii ki, bu da istintaqın gedişi üçün vacib idi. Və istintaqın Yerevan versiyası daha aydın görünməyə başlayır.

Bu ərəfədə isə digər bir hadisə terrorçuların yaxalanmasını daha da tezləşdirir. 1977-ci ilin oktyabr ayının sonunda terrorçular daha bir terror aktının keçirilməsini gərara alırlar və bu məqsədlə Moskva şəhərinə Kursk dəmir yolu vağzalına gəlirlər. Geri qayıtmaq üçün Moskva – Yerevan qatarına bilet alaraq onlar partlayıcı qurğu olan çantanı vağzalın gözləmə zalında qoyaraq zaldan çıxırlar. Bir neçə dəqiqə sonra sahibsiz çanta sərnişinlərdən birinin diqqətini cəlb edir, sərnişin çantaya baxır və buradakı qəribə qurğunu və naqilləri görərək milisə xəbər verir. İstintaq baxışı zamanı maddi sübutlar əldə olunur: Yerevanda istehsal olunmuş göy idman gödəkçəsi və idman papağı. Papağın içərisində əməliyyatçılar bir neçə qara rənqli insan saçı aşkar edirlər.

 

 

Xüsusi qrup dərhal əməliyyat-axtarış tədbirlərinə başlayır. Tezliklə  Moskva – Yerevan qatarının üçüncü vaqonunda qara saçlı, əynində gödəkçəsi olmayan, ancaq həmin tapılmış gödəkçəyə uyğun idman şalvarı olan bir nəfər saxlanılır.

Bu terrorçulardan biri Akop Stepanyan olur. Onun yanındakı isə ikinci terrorçu Zaven Baqdasaryan…

Axtarış-əməliyyat tədbirləri və istintaq zamanı hər iki erməninin terror aktı törədilməsi sübuta yetirilir. Stepanyan və Baqdasaryan ifadələrində terrorun əsas təşkilatçısının Stepan Zatikyan olmasını da bildirirlər.

Bu həmim Stepan Zatikyandır ki, o hələ 1960-cı illərin sonunda gizli  “Ermənistan birləşmiş milli partiyası” yaradıb. Partiyanın məqsədi isə Türkiyənin bəzi ərazilərini də Ermənistanın tərkibinə qataraq müstəqil “Böyük Ermənistan” dövləti yaratmaq olub.

İstintaq başa çatdıqdan sonra iş SSRİ Ali Məhkəməsinə verilir. 4 gün davam edən məhkəmə hər üç ermənini güllələnmə cəzasına məhkum edir. Terrorçular SSRİ Ali Sovetinin Rəyasət heyətinə əfv olunmaları haqda müraciət etsələr də, xahiş rədd edilir və məhkəmənin hökmü icra edilir.

Kremldə növbəti müşavirə isə artıq gecəyarı yox, səhər saatlarında keçirilir. Brejnev bu dəfə gülərüzlə terrorçuları peşəkarlıqla zərərsizləşdirdiklərinə görə komandasının üzvlərini mükafatlandırır…

BIR CAVAB BURAXIN