Məşhur fransız kəşfiyyatçısı Alen Rodye:“Qərbdə kim özünü dəyərə mindirmək istəyirsə, rus kəşfiyyatının onu izlədiyini deyir” – Müsahibə
-“Business Insider”-in məqaləsinə inansaq, Rusiya kəşfiyyatının ştatları Britaniyanın 16 000 nəfərinə qarşı 750 000-dən 940 000 nəfərə qədər hesablanır. Təqdim edilən rəqəmlər nə dərəcədə gerçəkdir? —Rusiya xüsusi xidmətlərinin ştatlarını Amerika və Fransanınkıyla necə tutuşdurmaq olar?
-“Business Insider”-in məqaləsində təqdim olunan rəqəmlərə çox ehtiyatla yanaşmaq lazımdır. Mənə göründüyü kimi, bunlar çox şişirdilib. Dəyərləndirmələrə görə (lap təzə olmasa da), FTX-nin Milli müdafiənin xüsusi xidmətləri veteranları Birliyində (MMXXVB) 30 000, XKX-də (xarici kəşfiyyat xidməti-red.) 13 min, QRU-da (RF Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi-red.) isə 10 000 əməkdaş var. Bu bizə ümumilikdə 53 000 nəfər verir. Hətta başqa xidmətlərin də ştatlarını bunun üstünə gəlsək, bu məqalədə gətirilən rəqəmlərdən daha çox uzaq olacağıq. Məqalənin məqsədi aydın şəkildə bundan ibarətdir ki, Rusiyanın üzərinə növbəti çirkab payı axıdılsın, göstərilsin ki, “qəddar” Kreml yalnız ən pis cinayətlərin aid edildiyi xüsusi xidmətlərin yardımıyla işləyir. Bəzi ayrıntılar haqqında 2017-ci ildə UPPR nəşriyyatında çıxmış “Rusiya casusluğuna geniş baxış” kitabçamda tanış olmağı təklif edirəm. Mən orada bir sıra səs-küylü hadisələri nəzərdən keçirmişəm.
Rusiya xüsusi xidmətlərinin ştatı həqiqətən böyükdür, lakin digər ölkələrdə başqa idarələrə tabe olan bölmələr (məsələn, sərhədçilər FTX-ə daxildir) bura aiddir. Böyük qismi QRU-ya aid edilən məşhur xüsusi təyinatlılar başqa ölkələrdə xüsusi əməliyyatlar idarəsinin yedəyində olardı. ABŞ-da FTB-nin məşğul olduğu bir çox vəzifələri Rusiyada FTX həyata keçirir. Buna görə də həm də yoxlanılması çətin olan rəqəmlər haqda danışmağa başlamayacağam, çünki bu, Rusiyada sirdir və hamıya bildirmək olmaz. Eyni şey büdcələrə də aiddir.
Yeganə mümkün müqayisə bundan ibarətdir ki, ABŞ 2018-ci ilin hərbi büdcəsini 700 milyard dollar planlaşdırıb (xüsusi xidmətlərin hamısı buna aid deyil), halbuki Rusiyada söhbət 70 milyarddan gedir. Yəqin ki, kəşfiyyat sahəsində də bu cür 1:10 nisbəti gözdən keçirilir.
-Xüsusi xidmətlərin ştatları və onların effektivliyi necə əlaqələndirilir? Rusiya xüsusi xidmətlərinin gerçək “zərbə qüvvəsi”ni necə dəyərləndirməli?
-Böyük ştat heç də effektli işə zəmanət deyil. Mən kiçik, amma son dərəcə effektli xüsusi xidmətlərin, məsələn, İsrailin və xeyli az tanınan İsveçrənin adını çəkə bilərəm. Lakin məgər kimsə İsveçrədən nədəsə şübhələnir? Mənə göründüyü kimi, xüsusi xidmətlərin effektivliyi hökumətdən qaynaqlanan sərəncamlar və təşəbbüslərin genişliyi ilə müəyyən olunur. Sadə şəkildə deyilsə, düşünmürəm ki, Amerikanın 17 xüsusi xidməti 100 000 əməkdaşıyla xüsusi effektli iş apara bilər, çünki onların Tramp administrasiyasıyla münasibəti, yumşaq desək, ən yaxşı şəkildə formalaşmır. Onların kəşfiyyata vaxtı yoxdur, çünki onlar üçün başlıcası daxili-siyasi mübarizədir. Lakin güman etmirəm ki, biz onlara nəsihət verəcək durumdayıq, çünki Fransada eyni hal 1960-cı illərdə var idi.
Eyni zamanda Vladimir Putin (Fransa kəşfiyyatının bir neçə zabiti SSRİ-nin son illərində onunla çarpazlaşıb və o zaman ciddiliyi və peşəkarlığıyla onlarda çox güclü təəssürat buraxıb) DTK-nın keçmiş agenti kimi hər şeydən çox gözəl baş çıxardır və nəyə doğru getdiyini bilir, çünki uzunmüddətli geopolitik görüşə malikdir. Buna görə də xüsusi xidmətlərdən maksimum faydalanır və azönəmli deyil ki, onları dinləyir. O unuda bilməyib ki, keçmiş DTK-ya Qərb haqda (demək olar) hər şey məlumdur. Fransa keçmişdə DTK (BKİ) zabitləri üçün, bir növ, daha “ciddi” ölkələrə keçməzdən qabaq istirahət etdikləri “məktəb həyəti” idi. Bununla belə, sovet hökuməti DTK (BKİ) məruzələrinə lazımi diqqət yetirmir, buna marksizm-leninizm prizmasından yanaşırdı. Düzünü desək, etiraf etmək gərəkdir ki, onlar çox dəhşətli bir səhv buraxdılar: Ronald Reyqanın “ulduz müharubələri” yalanına inandılar – Bunu ancaq II dünya savaşının Fortitude əməliyyatı ilə tutuşdurmaq olar (almanları inandırıblar ki, qoşun çıxarılması Normandiyada deyil, Pa-de-Kaledə baş verəcək). Onlar bu dezinformasiya üzündən SSRİ-nin pul işlərini sarıdan qızğın silahlanmaya başladılar. Hər necə olsa da, burada çox canfəşanlıq etməyinə dəyməz, çünki anqlosakslara inansaq, Krımın götürülməsi (həqiqətdir), Ukraynanın şərqində üsyan (həqiqətdir), Trampın seçilməsi (həm həqiqətdir, həm də yalan, çünki Rusiya ona münasibətdə düşməncəsinə köklənmiş Hillari Klintonun Ağ Evə getməyini istəmirdi, lakin istənilən başqa namizəd onu qane edərdi), Brexit (ehtimal ki, bu, ABŞ-ı heç də az sevindirmir), Kataloniyada referendum (buna inanmaq çətindir, hətta Madriddə də), Makronun seçkiqabağı qərargahının işinə müdaxilə (öz dəyərini göstərmək istəyirsənsə, de ki, səninlə Rusiya xüsusi xidmətləri maraqlanır!) və s.-nin arxasında Rusiya xüsusi xidmətləri (və uyğun olaraq onlara göstəriş verən Putin) durur. Yəni nəsə qaydasında getmirsə, Putin günahkardır! Əslində bunda qəribə heç nə yoxdur ki, prezident Putin və onun bütün administrasiyası, o cümlədən xüsusi xidmətlər böyük humanizm ideyalarını deyil, Rusiyanın maraqlarını müdafiə edir. Amerikalılar da mədəni mülahizələr pərdəsi altında eyni şeyi edirlər. İstənilən halda dəhəşətli düşməni göstərmək anqlosakslara çox sərfəlidir: rus ayısı.
Qaldı Avropaya, bir qədər pəjmürdə görünür, çünki Brüssel artıq birinci il deyil ki, onun maraqlarını deyil, əxlaqi planda böyük və düzgün olsa da, ideyaları müdafiə edir. Ancaq, bax, tarix artıq dəfələrlə sərgiləyib ki, xarici siyasətin əxlaqın müdafiəsi ilə heç bir ümumiliyi yoxdur və aydın və dəqiq müəyyən edilən maraqlara söykənməlidir.
-Soyuq müharibənin təzələnməsi fonunda Qərb xüsusi xidmətlərinə “başqa cür dərk” nə dərəcədə lazımdır?
-Fransada indi qollizm siyasətinə qayıdış dəbdədir. Ancaq, bax, bizdə unudurlar ki, iqtisadi artımla bağlı bizdə o vaxt hər şey ideal olmayıb. İstənilən halda, general müstəqil (zərbə) gücündən yapışıb ki, Vətənin (o bu anlayışı çox dəyərləndirib) maraqlarını birinci yerə qoymaqla ABŞ və SSRİ arasında manevr etsin. Bu vicdanla kiçik (ya hər halda, böyük?) alveri də nəzərdə tutub. Keçmiş həsrətli adamları dilxor etməyə qorxuram ki, o, rəsmi xüsusi xidmətlərə xüsusi sayğı bəsləməyib. Sizin sualınıza gəlincə, anlamaq gərəkir ki, bizdə “dost” xüsusi xidmətlər yoxdur. Yalnız bəzən terrorizm və mütəşəkkil cinayətkarlıq kimi ümumi təhlükələrə qarşı əməkdaşlıq etdiyimiz “xarici” xüsusi xidmətlər var. Bununla belə, başqa, birinci növbədə iqtisadi məsələlər üzrə onlarla mübarizəyə girişə bilərik. Yeri gəlmişkən, bizdə mərkəzləşdirilmiş siyasi Avropa olmayınca vahid Avropa kəşfiyyatının formalaşması məhz buna görə illüziya olaraq qalacaq. Bunu ən yaxın gələcəkdə gözləməyinə dəyməz. Buna görə də qalan başqa ölkələr kimi Rusiya xüsusi xidmətlərini də müşahidə altında saxlamalıyıq. Klassik əks-kəşfiyyat bundan ibarətdir. Sadə dildə desək, heç vaxt heç kimə inanmağına dəyməz. Əlbəttə, bu, kədərlidir, ancaq biz xovlu ayının deyil, yırtıcıların dünyasında yaşayırıq.
Tərcümə Strateq.az-ındır.