Son bir gündə 362 suriyalı doğma vətənə qayıdıb.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Qayıdanlardan 106 nəfəri Livandan, 256 nəfəri isə İordaniyadandır. Bundan əlavə 442 nəfər Suriyanın daxilində yaşayanlardır. Hazırda qaçqınların qonşu ölkələrdən Suriyaya qayıtması prosesi davam edir