İlk dəfə 1955-ci ildə İrlandiyanın “Ginnes” pivə zavodunun sifarişi ilə nəşr olunan “Ginnesin Rekordlar kitabı” hazırda dünyanın 100-dən çox ölkəsində 24 dildə çap edilir. Kitabda demək olar, hər mövzuda rekordlara rast gəlmək mümkündür.
Bir qadın düşünün, maksimum neçə uşaq dünyaya gətirə bilər?
Arazinfo.com modern.az-a istinadən böyük ailə anlayışına inanılmaz bir ölçü qazandıraraq uşaqlarının sayı ilə rekordlar kitabına düşmüş anaların siyahısını təqdim edir.
33 dəfə ana olan Meri Conas
Tarixi qeydlərdən əldə edilən məlumata görə, 19-cu əsrlərdə İngiltərədə yaşamış bu qadın əslində kasıb olub. Bəs onlar məhdud imkanlarla o qədər uşağa necə baxacaqlarını düşünüblərmi? Dəqiq bilinmir. Amma Marinin və əri Conun 33 uşaqları dünyaya gəlib. Maraqlısı budur ki, bu uşaqlardan 30-u əkiz olaraq dünyaya gəlib. Cütlər olaraq dünyaya gələn bu uşaqların hamısı canlı olaraq doğulsa da, çoxu yeniyetmə yaşlarına çatmadan ölüb.
35 uşaqla böyük bir ailə quran Xanım Harrison
Başqa bir ingilis cütlük olan Harrisonların da ailəsi olduqca geniş olub. Onların 35 uşaqları dünyaya gəlib.1736-ci ildə xanım Harrison, tək əri olan cənab Harrisondan 35-ci uşağını dünyaya gətirib. Uşaqların aqibəti haqqında məlumat yoxdur.
Ərinin vəfatı ucbatından planları yarımçıq qalan 39 uşaq anası Yelizaveta Qrenhill
İngiltərəli xanım Qrenhill əri cənab Qrenhildən biri əkiz olmaqla tam 39 uşaq dünyaya gətirib. Sonuncu oğlunun adı Tomasdır. Hətta əgər əri vəfat etməsəydi, iki və ya üç uşaqlarının olmasını da planlaşdırırdılar.
41 uşaq anası Alisa Hookes
Alisa Hookes haqqında məhdud biliyə Konvey Kilsə Qəbiristanlığındakı məzar daşı sayəsində nail olunub. Məzar daşında 1637-ci ildə xanımın 41-ci uşağının adı yazılıb.
42 uşaqlı Yelizaveta Mott
Yelizaveta Mott haqqındakı ilk məlumat elə “Ginnes” rekordlar kitabının 1988-ci il tarixli nüsxəsində verilib. Yelizaveta və Con Mott cütlüyü Monks Kirbi kəndində tanış olub, 1676-ci ildə evləniblər. Cütlük hər halda çox xoşbəxt idi ki, tarixi qeydlərə görə, 42 uşaqları dünyaya gəlib. Xanım Mott 1720-ci ildə vəfat edib.
52 uşaq anası İtaliyalı Maddalena Qranata
İtaliyalı xanım Qranata haqqındakı məlumat “Paris” jurnalında yer alan bir yazıya əsaslanır. Yazının dərc olunduğu tarixdə 47 yaşında olan Qranata 28 yaşında evlənib. Ölü anadan olanlarla birlikdə,49-u oğlan olmaqla, tam 52 uşağı olub. Bu uşaqların 15- i əkiz olaraq dünyaya gəlib.
İmperiya qadını 53 uşaq anası Barbara Stratzmann
1448-1503 illəri arasında Roma İmperiyasında yaşayan Xanım Stratzmann 53 dəfə ana olub. Ancaq uşaqlarından heç biri yetkinlik yaşına çatmayıb. Barbara və Adam Stratzmann cütlüyünün bir dəfə yeddi, bir dəfə də altı uşağı birlikdə doğulub. Bundan başqa 4 dəfə üçəm, 5 dəfə əkiz və 18 dəfə də tək uşaqları doğulub. Ümumilikdə 19 uşaqları ölü olaraq doğulub.
55 dəfə ana olan Leontina Albina
Xerardo Sekunda və çilili Leontina Albina haqqındakı məlumat “Ginnes”in 1988-ci il tarixli nüsxəsinə əsaslanır. Albina həyat yoldaşı ilə 1943-cü ildə Argentinada ailə həyatı qurub. Xanım Albina, həyat yoldaşı ilə birlikdə Çiliyə köçməzdən əvvəl artıq hamısı oğlan olmaqla 5 dəfə üçəmi dünyaya gəlmişdi. Xanımın ümumilikdə 55 uşağı olub.
Yakov Kirillovun həyat yoldaşı 57 dəfə ana olaraq kraliçanın diqqətini çəkib
Rusiyanın Vvedenski kəndində yaşayan Kirillov 1775-ci ildə “atalıq uğurları”na görə kraliçanın məhkəməsinə təqdim edilib. Əkinçilik edən Kirillovun ilk həyat yoldaşından olan uşaqlarının sayı 57-yə bərabərdir. Həyat yoldaşının adı isə qeyd edilmir.
Feodor Vasilyevi 69 dəfə ata edən həyat yoldaşı
Cənab Vasilyev ilə evlənərək onu nə az, nə çox 69 dəfə ata edən qadının adını təəssüf ki, bilmirik. Rusiyanın Şuya şəhərində yaşayan Vasilyev ailəsinin xanımı 27 dəfə hamiləlik keçirib,4 dəfə dördüz, 7 dəfə üçəm, 16 dəfə əkiz uşaq dünyaya gətirib. Körpələrdən yalnız ikisi ölü olaraq doğulub.