28 Aprel – tariximizin qara günü

0
1564

 

Aprelin 28-də Azərbaycanın bolşeviklər tərəfindən Şərqdə ilk demokratik cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətini devirərək ölkəmizi işğal etməsinin 97-ci ildönümü tamam oldu. 1920-ci ilin aprel ayın 28-də baş verən qanlı işğal günü müstəqillik tariximizdə ən ağır, ən kədərli və hüznlü günlərdən biri kimi qalmaqdadır. Bu baxımdan bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi planı hələ 1918-ci ildə Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejimi tərəfindən hazırlanmışdı. O vaxt Bakıda, o cümlədən Azərbaycanın hər yerində törədilən türk-müsəlman qırğınlarının da arxasında məhz bolşevik işğalına hazırlıq dayanırdı. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qısa müddətdə ölkəmizin başı üzərini məhv olma təhlükəsi aradan qaldırılsa da, bolşeviklər yerli satqınların köməyilə müstəqil Azərbaycan cümhuriyyətini devirmək üçün hərəkətə keçdilər. Həmin dövrdə 40 min çevik orduya malik olan Azərbaycanın diqqətini yayındırmaq və onun müqavimətinin azaldılması və bu yolla işğala şərait yaradılması üçün bolşeviklər erməni daşnaklarının yardımı ilə 1920-ci ilin mart ayında Qarabağda qiyam qaldırdılar. Nəticədə Azərbaycan ordusunun böyük hissəsi bu qiyamın yatırılmasına göndərildi. Bundan istifadə edən bolşevik Rusiyası Azərbaycan üzəriwn hücum əməliyyatını həyata keçirməyə başladı. Hələ 1920-ci il mart ayının əvvəllərindən XI orduya xüsusi tapşırıq verilmişdi ki, Azərbaycana hücum əməliyyatını hazırlasın. Aprelin 21-də Qafqaz cəbhəsi komandanlığı XI orduya və Volqa-Xəzər donanmasına əmr vermişdi ki, aprelin 27-də qoşunlar Azərbaycan sərhədini keçsinlər və sürətli hücumla Bakı quberniyasının ərazisini zəbt etsinlər. Aprelin 23-də isə Qafqaz komandanlığı son məqsəd olaraq qoşunlara bütün Azərbaycan ərazilərini işğal etmək əmri verdi.

Boleviklər Azərbaycanı asanlıqla ələ keçirmək məqsədi ilə satqınlardan ibarət ölkə daxilindəki 5-ci koloniyanı hərəkətə keçirdilər. Aprelin 26-dan 27-sinə kecən gecə satqın Cingiz İldırımın başcılığı altında Bakı polis hissələri tutularaq tərkisilah edildi. İnqilabi qvardiyanın reydləri nəticəsində Bayıldakı silah anbarı ələ kecirildi və bütün fəhlələr silahlandırıldılar. Bayıl yamacında qurulmuş ingilis səhra və sahil topları inqilabcılar tərəfindən ələ kecirildi. Bakı qarnizonu tam tərkibdə inqilabın tərəfinə kecdi. Bakı Yunker məktəbi tutularaq tərkisilah edildilər. Nargin adasında yerləşən musavat-ingilis qüvvələriylə Bakı arasında əlaqə yaratmaq ücün qurulmuş rabitə xətti şəxsən Cingiz İldrımın rəhbərliyi və iştirakı ilə kəsildi.

İnqilabcı fəhlə və qırmızı qvardiya hissələri Bayıl həbsxanasını tutaraq bütün siyasi dustaqları azad etdilər, Müsavatın “Bastilyası” və “Kronştatı” bir gecə icində inqilabcılar tərəfindən cökdürüldü. Radio inqilabcıların tam nəzarətinə kecdi və inqilabı boğmaq ücün Batumda və İranda hazır vəziyyətdə gözləyən ingilis-amerika qüvvələrinə və Antanta tərəfindən qızışdırılaraq Azərbaycan üzərinə göndərilən daşnak və gürcü hökumət qüvvələrini geri püskürtmək ücün XI Qızıl Ordudan və Sovet Rusiyasından təcili yardım istənildi.

Aprelin 27-də, səhər saat 12:00-də XI ordu hissələri zirehli qatarın müşayətiylə Azərbaycan ərazisinə sürətli hücum əməliyyatına başlayıblar. Artıq 28 aprel səhər saat 4:00-da ilk zirehli qatar və XI ordunun beynəlxalq hissəsi Bakıya girmişdi. Heç bir hüquqi əsas olmadan, Azərbaycan sərvətlərini ələ keçirmək məqsədilə 27 aprel 1920 – ci il tarixdə Azərbaycanın şimal sərhəddini keçib Bakıya yaxınlaşan XI ordunun məqsədinin işğalçılıq olduğunu digər müəlliflərin əsərləri ilə yanaşı hətta sovet tarixşünaslığındakı faktlar da sübut edir.

Qüvvələrin qeyri – bərabərliyini nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti Azərbaycanın tam müstəqilliyinin qorunub saxlanması, yeni yaranan hökümətin müvəqqəti orqan olması, hökümət idarələrindəki köhnə qulluqçuların tutduqları vəzifələrində qalması, hökumət və parlament üzvlərinin həyat və mülkiyyət toxunulmazlığının təmin edilməsi və s. şərtlərlə hakimiyyətin müsəlman bolşeviklərinə verilməsi haqqında qərar çıxardı. Bu şərtlərə bolşeviklər əməl etsəydilər, bu cür qəddar rejim yaranmazdı. Amma təəssüflər olsun ki, şərtlərə əməl olunmadı. Azərbaycanda hakimiyyəti ələ keçirəndən sonra xalqımıza, onun ziyalılarına, hökumətdə təmsil olunmuş insanlara qarşı çox amansız təqib və represiyalara başlayıblar. Təkcə mayın axırlarında, Gəncədə baş verən üsyan yatırılandan sonra bu şəhərdə 15 min azərbaycanlı öldürülüb. 1920-ci il aprelin 28-dən 1921-ci ilin yayına qədər 50 min insan qətlə yetirilib. Bunun da mühüm bir hissəsi ziyalılar olub. Onların arasında Fətəli xan Xoyski, parlament sədrinin müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud bəy Cavanşir, 12 genaral, 27 polkovnik, 460 nəfər müxtəlif rütbəli zabit də qətlə yetirilənlər arasında olub. İşğalçılar bu qurbanlar hesabına Azərbaycanda möhkəmələnə biliblər. Ancaq rus işğalı 27 apreldən çox sonralara qədər davam edib. Daha doğrusu, ruslar uzun zaman Azərbaycan ordusunun müqaviməti ilə qarşılaşıblar. Mirzəbala Məmmədzadə yazırdı ki, işğaldan sonra Azərbaycanda 150-yə yaxın üsyan baş verib. Yəni 150 dəfə Azərbaycan xalqı bolşeviklərə qarşı etirazını bildirdi. Ən böyük üsyan isə 1920-ci il mayın 26-dan iyunun 4-dək Gəncədə baş verdi. Həmin üsyan zamanı Azərbaycan ordusunun döyüşçüləri və Gəncənin qəhrəman sakinləri 8 min rus əsgərini öldürüblər. Sonradan Gəncəyə əlavə, diviziyalar göndərildi və bu ordular Gəncəni yerlə yeksan etdilər. On min nəfərə yaxın Gəncə sakinini qətlə yetirdilər. Sonradan Zaqatala, Şəki, Naxçıvan və digər bölgələrdə də üsyanlar baş verdi. Bu, bir daha sübut edir ki, Azərbaycan xalqı işğal rejimi ilə barışmayıb”.

O vaxt Lenin Bakı neftini ələ keçirmək və işğal rejiminə qanuni don geydirmək işğalı pərdələmək üçün Azərbaycanın guya müstəqil qalacağını vəd etmişd’.

“Müstəqil Sovet Azərbaycanı” şüarı isə işğalı pərdələmək üçün rus bolşeviklərinə müəyyən dövr üçün lazım olan taktiki manevrdən başqa bir şey deyildi.

N.Nərimanov ömrünün sonuna yaxın “Müstəqil Sovet Azərbaycanı” şüarının saxta olduğunu başa düşərək V.İ.Leninə məktubunda yazırdı: “Məgər “Müstəqil Azərbaycan “sizin dilinizdən çıxmamışdırmı?… İndi vəziyyət belə bir şəkil alır: həmişə Denikini müdafiə etmiş Ermənistan müstəqillik qazanmış və üstəlik də Azərbaycanın ərazilərini almışdır… Üç respublikadan birinci olaraqSovet Rusiyasının qoynuna atılmış Azərbaycan isə həm ərazisini, həm də müstəqilliyini itirir”.

Bolevik işğalı sonrakı illərdə də Azərbaycana fəlakətlər gətirməkdə davam etdi. Ötən əsrin 30-cu illərində repressiya dövründə Azərbaycan elminin qaymaqları, düşünən beyni olan minlərlə ziyalı həbs atıldı, sürgünlərə göndərdi və ya güllələndi. Həmin dövrdə 70 mindən artq Azərbaycan ziyalısı bolşevik rejimi tərəfindən məhv edildi. Sonrakı illərdə də Azərbaycana qarşı zorakılıqlar davam etdirildi. Ötən əsriin 80-ci illərinin sonlarında Dağlıq Qarabağ münaqişəsinin yenidən körüklənməsi də Moskvada KQB-nin bağlı qapıları arxasında hazırlanmışdı. Azərbaycanı bu dəfə də böyük fəlakətlər gözləyirdi. Lakin SSRİ-nin dağılması və ölkəmizin 71 illik işğal dövründən sonra müstəqilliyni yenidən əldə etməsi bizi gözləyən ağır faciələrin qarşısını aldı. Lakin müstəqillimizi əldə etdikdən sonra da rus-erməni işbirliyi ərazilərimizin 20 faizinin işğal edilməsinə, Xocalı soyqırımına gətirib çıxardı. Rus-erməni işbiriyi isə günümüzdə işğal altında olan ərazilərimizin azad edilməsi yolunda ciddi əngəl olara qalmaqda davam edir.

Əziz Mustafa

 

BIR CAVAB BURAXIN