27 yaşlı gənc bacısının rəfiqəsini zorlamaq istədi

0
955
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının rədiqəsini zorlamaq istəyən şəxsin məhkəməsi başlayır.

Cinayət məcəlləsinin 29.149.1-ci (zorlamaya cəhd) maddəsi ilə təqsirləndirilən Şükürov Tural Vaqif oğlunun məhkəmə prosesi iyun ayının 1-də hakim Cavid Hüseynovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkən qismində Haqverdiyeva Aytən İlham qızı tanınıb.

İttiham aktına görə, Xudat şəhər sakini hamamda öz bacısının rəfiqəsinə təcavüz etmək istəyib. Hadisə bu il fevral ayının 6-sı gecə saatlarında, Xudat şəhərindəki fərdi həyət evlərinin birində baş verib.

25 yaşlı Aytən Haqverdiyeva hamamda çimərkən 27 yaşlı Tural Vaqif oğlu Şükürov sərxoş halda hamama daxil olub və hamamda çimən gənc qızı zorlamaq istəyib. Qızın haray-həşir salması, çığırıb evdəkiləri köməyə çağırması oğlanın öz çirkin əməlini həyata keçirməsinə imkan verməyib.

Dərhal çılpaq qızın köməyinə gələn ailə üzvləri və qızın özü hamamdan çıxıb qaçan adamı tanıyıblar. Ailə həmin şəxsi yaxalayaraq polisə təhvil veriblər.

T.Şükürov tutularaq istintaqa cəlb olunub.

Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.149.1 (zorlamaya cəhd) maddəsi ilə başlanan cinayət işinin istintaqı zamanı Tural Şükürov törətmək istədiyi əməli etiraf edib. Zorlamaq istədiyi qızın bacısının rəfiqəsi olduğunu, ondan xoşu gəldiyi üçün bu əmələ əl atdığını söyləyib.

Təqsirləndirilən şəxs qismində T. Şükürovun barəsində həbs qəti-imkan tədbiri seçilib.(olke.az)

BIR CAVAB BURAXIN