0
612

Ötən gün Lotu Quliyə qarşı sui-qəsd planı hazırlamaqda ittiham olunan Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyev də daxil olmaqla 4 azərbaycanlı və “Şirinlər” dəstəsinin 9 üzvü məhkəmə qarşısına çıxarılıb.
“Qafqazinfo” proseslə bağlı maraqlı faktlar əldə edib. Belə ki, məhkəmə prosesi bir neçə saat davam edib. Daha sonra hakimlər müşavirə otağına keçiblər.
Dörd saat davam edən müşavirənin sonunda hakimlər bütün kriminal dəstə üzvlərinin həbsinə qərar veriblər.
Beləliklə də, aralarında polkovnik Namiq Canıyev də olmaqla 13 nəfər haqda həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, dünən dəstə üzvlərinin məhkəmə qarşısına çıxarılan zaman çəkilən görüntüləri yayılıb. Onu da əlavə edək ki, sıradakı sonuncu şəxs Namiq Canıyevdir.

BIR CAVAB BURAXIN