22 ildir kanalizasiyada yaşayırlar

0
760

 

 

Kolumbiyanın Medelin şəhərində qəribə olay ölkənin gündəminə çevrilib.

Axşam.az-ın məlumatına görə, Mariya Qarsiya və Migel Restrepo adlı cütlük 22 ildir şəhər kanalizasiyasında yaşayır.

Buna səbəb onların bir vaxtlar narkotik aludəçisi olması və bu səbəbdən nəinki mülklərini, hətta dostlarını və qohumlarını da itirmələri olub.

Cütlük onlara maliyyə yardımı edəcək birilərini tapmayınca, kanalizasiya borusunu kiçik “ev”ə çevirməyə qərar verib. Burada onların kiçik mətbəxi, istilik sistemi və elektrik enerjisi var. Mariya və Migellə yanaşı, “ev”də Bləki adlı it də yaşayır.

Başqalarına qəribə gələn həmin məkan cütlük üçün çox rahatdır. Onlar orada məmnun olduqlarını bildiriblər.

 

BIR CAVAB BURAXIN