2018-ci ildə dünyada öldürülən jurnalistlərin sayı artıb

0
616

2018-ci ildə dünyada öldürülən jurnalistlərin sayı 80 nəfər olub ki, bu da ötən ildəkindən 15 nəfər çoxdur.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatının hazırladığı  hesabatda deyilir: “2018-ci ildə 80 jurnalist öldürülüb, bu da ötən ildəkindən 15 nəfər çoxdur. Professional fəaliyyəti ilə bağlı 348 KİV əməkdaşı saxlanılıb, 60 nəfər isə girov götürülüb”.

Bundan əlavə bu il 3 jurnalıst müxtəlif şəraitlərdə itkin düşüb. Ən böyük hay-küyə səbəb səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda öldürülməsi olub. Ondan əvvəl, bu ilin fevral ayında isə Aktuality.sk  nəşrinin reportyoru Yan Kutsiakın  sifariş əsasında öldürülməsi beynəlxalq aləmdə böyük rezonans doğurub.

Ekspertlərin fikrincə juranlistlər üçün ən təhlükəli ölkə Əfqanəstan, Suriya və Meksikadır. Bu il Əfqanıstanda 15, Suriyada 11, Meksikada isə 9 jurnalist öldürülüb. ABŞ-ın adı da jurnalistlər üçün təhlükəli olan ölkələr siyahısındadır. Belə ki, bu ilin iyun ayının sonlarında Merilend ştatındakı Annapolis şəhərindəki Capital Gazette qəzetinin redaksiyasına daxil olan amerikalı oradakılara atəş açaraq 5 nəfəri öldürüb