2017-ci ilin 8 heyrətamiz elmi hadisəsi

0
710

 

Başlanğıcı və sonluğu bir il çəkdi: Cəsur Cassini hava gəmisinin 13 illik səyahəti başa çatdı, bu müddət ərzində qravitasiya dalğası astronomiyasının yeni sahəsi iki ölü ulduzun fəlakətli toqquşmasına şahid oldu.

 

Ulduz qəzası

Ulduz qəzasıFotonun müəllifiPA

2017-ci ildə alimlər Einstein-in qravitasiya dalğalarını yeni mənbədən – iki ölü ulduz, və ya neytron ulduzların toqquşması ilə təsdiqlədilər.

Əslində isə cəmi bir il əvvəl, 2016-ci ildə qabaqcıl laboratoriyalardan olan LİGO, iki uzaq qara dəliklərin qovuşduğu məkanın deformasiyaya uğradığı yer adlandırılan bu dalğalar barədə elan etmiş

Nəticə olaraq uzaq məsafədə baş verən hadisələr haqqında məlumat toplamaq üçün qravitasiya dalğalarının istifadə edilməsi, astronomiyanın yeni bir sahəsinin başlanğıc nöqtəsi kimi qəbul edildi.

Dünyanın hər yerindən olan teleskoplar neytron ulduzların birləşməsinin detallarını ortaya çıxardı.

Partlayış Hidra Adasında, bizdən təxminən milyardlarca kilometr aralıda yerləşən qalaktikada baş verib.

Bu hadisələr haqqında bəzi faktlar təəccüblüdür. Məsələn, neytron ulduzları o qədər sıxdır ki, onun bir çay qaşığı həcmində kütləsi bir milyard ton ağırlığında ola bilər.

Komanda həmçinin, təsdiqləyib ki, bu toqquşmalar kainatda olan qızıl və platin istehsalına gətirib çıxarıb.

Cassininin sonu

Cassini

Cassini kosmik gəmisi Saturn sisteminə 2004-cü ildə çatıb. Hərəkət etdiyi 13 ərzində dairəvi planet və onun ayı haqqında anlayışımız dəyişdi.

Onun sayəsində Saturnun buza bənzər peyki – Enceldus üzərindəki okeandan suyu buz şəklində fəzaya püskürdən geyzerlər kəşf olunub. Həmçinin Saturnun ən böyük ayı olan Titan-da dənizləri və metan göllərini, eləcə də böyük bir fırtınanı müşahidə etmək mümkün olub.

Lakin onun yanacağı getdikcə azalıb və NASA cihazın, məsələn, Yeri karbondioksid mikrobları ilə çirkləndirə biləcək Enceladus kimi potensial bir hədəflə toqquşmağındansa, Saturnun buludlarında yox etməyə qərar verir.

Beləliklə, sentyabrın 15-də Cassini nəhəng planetin atmosferinə girərək, parçalanır Lakin o, atmosferə daxil olarkən belə Yer kürəsinə məlumat göndərməyi bacarıb.

Paris geri çəkilməsi

Trump

Donald Trump prezident seçkiləri öncəsi kampaniya zamanı ABŞ-ın Paris iqlim müqaviləsindən “ləğv edəcəyini” imtina edəcəyini söyləyirdi. Hərçənd ki, prezident olduqdan sonra o, bu barədə daha az danışırdı. Məlumatlara görə, Trump-ın məsləhətçiləri arasında bu mövzuda fikir ayrılığı var və onun bəzi şərhçiləri prezidentin prosesdə qalmağa razı olub-olmamağını sual edirlər.

Lakin iyulun 1-də prezident Trump, Ağ Evin Rose Garden adlı bağçasında Amerikanın bu prosesdən çəkildiyini elan edir.

Cənab Trump: “Amerika və onun vətəndaşlarını qorumaq üçün, mənim ən böyük vəzifəmi yerinə yetirmək üçün ABŞ, Parisdəki iqlim razılaşmasından çəkiləcək … lakin Paris razılaşmasına ABŞ-a uyğun şərtlərlə qoşulmaq, ya da tamamilə yeni bir əməliyyat üçün yenidən danışıqlara başlayacaqdır”.

Gözlənildiyi kimi Demokratlardan və digər dünya liderlərindən gələn reaksiyalar tənqidi idi. Əvvəlki ABŞ prezidenti Barack Obama, Trump rəhbərliyini “gələcəyi rədd etmə” ilə günahlandırdı, sabiq Dövlət Katibi John Kerry isə qərarı “liderliyin yıxılması” adlandırdı.

Çoxsaylı Yer kürələri

Yer kürələri

Hazırda Günəş sistemindən kənarda 3500 planetin mövcud olduğu təsdiq olunub, lakin onlardan bəziləri olduqca qəribədir.

Amma bu il astronomlar dünya ilə eyni ölçülərə malik yeddi yeni planet kəşf ediblər. Maraqlıdır ki, planetlərin üçünün səthində suyun maye haldadır. Və əgər orada su varsa, ən azı həyat üçün bir şans var.

Yaxın qohum (Yaxın əcdad)

kəllə

İyul ayında tədqiqatçılar Şimali Afrikada, Homo Sapiens növünün daha öncə rast gəlinmişlərindən ən azı 100000 il öncə mövcud olduğunu göstərən 5 insan skeleti aşkarladı.

Nəticələr, bizim Şərqi Afrikada yalnız bir yerdə meydana gəlmədiyimizi, əksinə bütün qitələrdə mövcud olduğumuzu ortaya çıxardı.

Qaranlıq səmalar

müşahidə

Avqustun 21-də Ayın səbəb olduğu böyük bir kölgə, Amerikanın dörd bir yanını əhatə etdi və ölkənin qurulduğu 1776-cı ildən bu yana ilk böyük Günəş tutulması oldu. Həmçinin də Günəş tutulmasının Qərb sahilindən Şərq sahilinə keçməsi 99 il çəkdi.

Milyonlarla adam nadir rast gəlinən astronomik hadisəyə şahid olmaq üçün Günəş tutulması görünən ərazilərə toplandı.

Yuxarıdan gələn ziyarətçi

Oumuamua

Alimlər illərdir ki, Yer kürəsinin planetlər arası səyahət edən bir asteroid tərəfindən ziyarət ediləcəyini gözləsələr də, bunu müşahidə etmək ancaq 2017-ci ildə mümkün oldu.

Oktyabr ayında Havay adalarındakı Pan-Starrs teleskopu vasitəsiylə kəşf olunan, qısa zaman kəsiyində onun sürətinin və trayektoriyasının öyrənilməsindən sonra məlum oldu ki o bizim Günəş sistemimizin xaricindədir.

“Oumuamua” kimi adlandırılan və Havay dilində “ilk gələn çapar” mənasını daşıyan asteroid dünyadakı ən böyük teleskoplarından izlənilən obiyekt oldu.

Nəhəng aysberq

buzlaq

İndiyədək qeydə alınmış ən böyük aysberqlərdən biri, iyul ayında Antraktidadakı Larsen C buz rifindən qopdu. Alimlər həmin yerdə on illərdir ki, böyük bir çat ortaya çıxdığını müşahidə edirdilər. Nəhəng buz parçasının təqribən 6000 km²-lik bir sahəyə malik olduğu və hardasa Uelsin dörddə biri qədər əraziyə malik olduğu ehtimal edilir.

Əslində riflərdən buz parçalarının qopmağı normal hadisədir amma, alimlər Larsen C-nin 11.700 il əvvəl son Buz Dövrü bitəndən bəri ölçüsünün ən kiçik olduğu hala düşüb. Rifin istiləşən iqlimə necə reaksiya verəcəyini anlamaq üçün gələcəkdə araşdırmalara ehtiyac duyulacaq.BBC

.

BIR CAVAB BURAXIN