2017-ci ildə dünyanı nə gözləyir?

0
664

11

Mişel Nostradamusun 2017-ci ilə dair proqnozu

XVI əsrdə yaşamış böyük astroloqun bütün öngörüləri demək olar ki, gerçəkləşib. Nostradamus 2015-2020-ci illərdə bəşəriyyətin məhv olma təhlükəsi qarşısında olacağını, 2017-ci ilin quraqlıq səbəbi ilə bir çox ölkələr üçün çətin keçəcəyini, su ilə bağlı təbii fəlakət yaşanacağını və bir sıra başqa təbii fəlakətlərin olacağını söyləyib.

Vanqanın 2017-ci ilədair proqnozları

Dünyaya qəlbinin gözü ilə baxan kor münəccim 2017-ci il üçün dəhşətli proqnozlar səsləndirib. Buna səbəb isə insanların özü olacaq – dövlətlər daxilində toqquşmalar, genişmiqyaslı müharibələr, bioloji silah tətbiqindən irəli gələn qorxunc xəstəliklər və ekologiyanın pisləşməsi… Konkret olaraq 2017-ci il müntəzəm olaraq bütün dünyanı bürüyəcək dəhşətli müharibənin başlanğıcı olacaq.

Pavel Qlobanın proqnozları

Müasirimiz, tanınmış astroloq Pavel Qloba 2017-i ildə əhəmiyyətli geosiyasi dəyişikliklər olacağını bildirib. Qloba ilk növbədə Avropa İttifaqından aparıcı dövlətlərin çıxması ilə bağlı köhnə koalisiyaların dağılacağını söyləyib. 2017-ci ilin əvəlində Rusiya yeni iqtisadi alyans və siyasi birliklərin üzvü olacaq. Bu Rusiyanın dünyadakı mövqeyini daha da gücləndirəcək.

Baxıt Jumatovanın proqnozları

“Ekstrasenslərin döyüşü” proqramının finalçısı, öngörücü Baxıt Jumatova öz ölkəsi Qazaxıstanın 2017-ci ildə böhrandan çıxacağını söyləyib. Eyni zamanda o, İŞİD-in dünyanı zəbt edə bilməyərək tezliklə yer üzündən silinəcəyini bəyan edib. Onun bütün proqnozları pozitiv deyil. Onun sözlərinə görə, yaxın gələcəkdə dünyanın böyük hissəsi su altında qalacaq, İsrail, Əfqanıstan yox olacaq. Su basmış Yaponiyadan əhali Qazaxıstana köçəcək.

Ceyms Hansenin öngörüləri

Tanınmış klimatoloq Ceyms Hansenin fikrinə görə, 2017-ci ildə Yer kürəsini su basacaq, buzlar əriyəcək, qurunun böyük hissəsi sular altında qalacaq. Əgər insanlar ağıllı hərəkət etməsələr, energetika balansının pozulmasına görə Yer kürəsini böyük miqyaslı fəlakətlər gözləyir. Bir çox canlı və bitki növləri məhv olacaq ki, bu da öz növbəsində dünyanın sonuna doğru aparacaq.

Digər astroloqların proqnozları

Yelena Petrovana Blavatskaya və Konstantin Eduardoviç Siolkovski kosmik eranın başladığını, 2012-ci ildə başlamış “qara beşilliyin” başa çatacağını və yeni ilin necə olacağının 2017-ci ildə insanla təbiət münasiətlərinin necə qurulacağından asılı olduğunu vurğulayıb.

Siolkovski öz növbəsində bildirib ki, 2017-ci il planetimizin xeyrinə olacaq, yeni texnologiyalar və elmi açılışlar baş verəcək. 2017-i ildə təbii resursların qiymətləri yüksələcək. Faydalı qazıntıları çox olan ölkələrin iqtisadiyyatı yksələcək.

Bu proqnozlar nə dərəcədə doğrudur, bunu tezliklə biləcəyik.

BIR CAVAB BURAXIN