”2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi BMU-nun kafedra müdiri oldu

0
731

”2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi BMU-nun kafedra müdiri oldu

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirib. BMU-dan Arazinfo.com-a verilən məlumata görə. mütəmadi keçirilməsi planlaşdırılan müsabiqə alimlərin, o cümlədən gənc alimlərin müxtəlif elm sahələri üzrə hər il əldə etdikləri elmi və elmi-təşkilati nəaliyyətlər əsasında müsabiqə yolu ilə qiymətləndirilməsini və mükafatlandırılmasını nəzərdə tutur. “2016-cı ilin alimi” mükafat müsabiqəsinin məqsədi ötən il uğurlu elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələr əldə etmiş, təsir əmsallı (impakt faktorlu) tanınmış bazalarda indeksləşən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin EİF tərəfindən müəyyənləşdirilmiş, beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılmasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dr. Elçin Süleymanov olub.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrifli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti və dörd fənn proqramının həmmüəllifi olan alimin yüzdən çox məqalə və tezisləri ABŞ, Niderland, İtaliya, Almaniya, Rusiya, İsveç, Rumuniya, Türkiyə, Ukrayna, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Makedonya və başqa ölkələrdə nəşr edilib. Dünyanın ən məşhur elmi tədqiqat portallarından SSRN, EconPaper, RePEc , University Library of Munich, Germany MPRA, Academia, Researchgate, Indexcopernicus, Citeulike, Scholar.google, Academic, Research.microsoft, Mendeley, ORCID, Mendeley, Web of Science Thomson Reuters, Rusiyanin Socionet və diğər elmi resurs bazalarına daxil edilən yüzə yaxın elmi nəşrlərindən, bu bazaların statistikalarına görə yüzdən çox ölkədən beşyüz minə yaxın tədqiqatçı istifadə edib.
Dosent Elçin Süleymanov həmçinin yüzə yaxın elmi nəşrlərinin yer aldığı dünyanın məşhur elmi tədqiqat paylaşım portallarından olan Academia.edu və researchgate.net şəbəkəsində tədqiqatlarından ən çox istifadə edilən müəlliflərdən biridir. 2014-2015 tədris ilində bir semestr Niderland Krallığının Groningen Universitetində təlim və tədqiqat məqsədi ilə elmi ezamiyyətdə olmuşdur. Azərbaycan və xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak edib.
2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO) , The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Survey kimi bir sıra mötəbər qurumun ekspertidir . Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling ,Economies, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu elmi jurnallarda nəşr olunmuşdur.Bu jurnallardan bəzilərinin impact faktoru 10-a yaxındır və bu Azərbaycandan ictimai elmlərdə impact faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.

”2016-cı ilin alimi” mükafat müsabiqəsinin qalibi BMU-nun kafedra müdiri oldu

BIR CAVAB BURAXIN