20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı

0
1731

Lənkəran rayonunun Viyən kəndində bir neçə gün sonra toyu olacaq 20 yaşlı Aytən Məmmədova (ad şərtidir-red.) ilə həmin kəndin iki uşaq atası olan 32 yaşlı sakini Gülağa Zahidovun (ad şərtidir-red.) intim videosu yayılıb.
“Ölkə.Az”ın əldə etdiyi məlumata görə, altı ay öncə A.Məmmədova Orxan Əliyev adlı (ad şərtidir-red.) başqa bir həmkəndilisiylə nişanlanıb və qız toyu olub. Toydan sonra Orxanla Aytən Rusiyaya gediblər və qız Lənkərana qayıdıb. Elə hər şey də bundan sonra baş verib. May ayının sonlarında kənddə Aytənin başqa bir evli kişiylə münasibətdə olduğu iddiaları ortaya çıxıb. Əvvəlcə heç kim buna inanmaq istəməsə də, foto və video görüntülərin ortaya çıxmasından sonra Orxanla Aytənin münasibətləri bitib.

Artıq faktla bağlı Gülağa Zahidov Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən cinayət məcəlləsinin müvafiq maddəsi ilə təqsirli bilinərək həbs olunub.

Aytən Məmmədovanın atası Firuz Məmmədov (ad şərtidir-red.) əməkdaşımızla söhbətində bunları deyib:

“Altı ay qabaq qızımın toyu oldu, əri ilə getdilər Moskvaya, oğlan orada yaşayırdı. İnanırsınız, toyun borclarını hələ verib qurtara bilməmişəm, toydan 4146 manat borc qalıb. Gülağa qızımın şəkillərini, videosunu hardasa çəkmişdi, yayıb vatsap vasitəsi ilə. Gedib şəkillər çıxıb Moskvaya ərinə. O da dərhal qızı boşayıb, göndərdi üstümə. İndi qıza iki nəfər nəzarət edir ki, özünə nəsə edər. Şəkilləri isə araşdırıblar, Lənkəranda ekspert analiz edib və belə rəy veriblər ki, qızın başını götürüb şəkillərə montaj ediblər. Məqsədi o olub ki, qızı şantaj edib ələ alsın, qız da onunla yaxınlıq etmədiyinə görə şəkilləri yayıb.

Mən də şikayət elədim, 6-7 gün yoxa çıxdı və sonra polis əməkdaşları tərəfindən saxlanıldı”.

Sözügedən hadisəylə bağlı G.Zahidovun ailəsi əməkdaşımızla danışmaq istəməyib.

Qeyd edək ki, saxlanılan Gülağa Zahidov ailəlidir, iki övladı var.

20 yaşlı nişanlı qızın iki uşaq atasıyla intim görüntüləri yayıldı — Lənkəranda ŞOK OLAY

BIR CAVAB BURAXIN