20 milyard dollarlıq kosmik silah

0
677

Kosmik texnologiyaların inkişafı düşündüyümüzdən də sürətli inkişaf mərhələsindədir.

 

Publika.az hazırda üzərində araşdırmaların davam etdiyi bir neçə müasir texnologiya haqqında məlumatı təqdim edir.

 

Kaloniyalaşdırma

Elm adamları Venera planetində kaloniyaların yaradılması üzərində real olaraq düşünürlər. Araşdırmaçılar sözügedən kaloniyaları bulud şəhərlərdə yaratmaq istəyirlər. Hansı ki, Venera səthindən 50 km yüksəklikdə olacaq.


Kosmik silah

“Startram” layihəsinin gerçəkləşməsi üçün 20 milyard dollar vəsait tələb olunur. İstehsalçılar bu məbləği azaltmaq üçün yeni imkanlar axtarışındadırlar. Onlar layihənin büdcəsini kiçiltmək üçün bir kiloqram yükün orbitə çıxarılmasını 40 dollara qədər ucuzlaşdıracaqlarına söz veriblər.


Kosmik lift

Yaponiyanın “Obayashi Corporation” tikinti şirkəti 2050-ci ilə qədər hündürlüyü 36 min km olan kosmik lift tikəcək. Liftin inşasında maqnit yastıqlarından istifadə ediləcək. Bu lift sayəsində bir kiloqram yükün orbitə çıxarılması 22 min dollardan 200 dollara qədər ucuzlaşacaq.

 

Ağıllı materiallar

“Ağıllı” materialın yaradıcıları artıq öz məhsullarını dünyaya təqdim ediblər. Onlardan biri işıqda özü-özünü təmizləyə bilir, digəri isə hörümçək toru kimi genişlənib və ya gərilmə imkanına malikdir.

Qeyd edək ki, günümüzdə ağıllı materialların istehlak arealı və çeşidləri durmadan artır.

BIR CAVAB BURAXIN