2-ci sinfin “Riyaziyyat” dərsliyindəki məsələ çaşqınlıq yaradıb

0
586
 11

2-ci sinif üçün “Riyaziyyat” dərsliyində verilmiş bir məsələ valideynləri çaş-baş salıb.

“Xəzər TV” zəbər verir ki, kitabın 49-cu səhifəsində yerləşən 5-ci məsələdə dibçəkdəki gülün 15 manata satıldığı verilib. Ödənilən kağız pulların sayı isə 6 olub. Kağız pulları müəyyən etmək və bunu eyni kağız pulla ödəmək şərt kimi qoyulub. İş burasındadır ki, 15 manatı eyni 6 kağız pulla ödəmək mümkün deyil. Sayın 6 olması üçün bir 10 və 5 ədəd manatlıq lazımdır. Amma kağız pullar eyni olmadığından bu zaman da şərtdəki qayda pozulur.

Məsələ burasındadır ki, bu kitabın da müəllifi dərsliklərdəki problemlərlə tez-tez gündəmə gələn Nayma Qəhrəmanovadır. Səhhətindəki problemlə əlaqədar olaraq şifahi məlumat verən müəllif, kitabdakı digər məsələlər kimi bu səhifədəki 5-ci misalda da səhvin olmadığını iddia edir.

Onun sözlərinə görə, burada məsələni iki üsulla həll etmək tələb olunur. Birincidə, kağız pulları müəyyən etmək lazımdır. Burada pulların eyni olması məcburi deyil. Bir 10, 5 isə manatlıq tələb olunur. İkincidə isə bu məbləği eyni kağız pulla ödəmək lazımdır. Burada isə eyni kağız pulların yuxarıda göstərilən 6 rəqəmi ilə aidiyyəti yoxdur. Dibçək üçün 3 ədəd 5 manatlıq vermək kifayyətdir.

Nayma Qəhrəmanovanın sözlərinə görə, ifadə səhvliyi olduğundan anlaşılmazlıq baş verib. Ancaq ikinci sinif şagirdinin bu anlaşmazlığı necə anlayacağını isə o da bilmir.

BIR CAVAB BURAXIN