192 saxta həkim diplomu aşkarlanıb

0
721

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb.

Nazirliyin Hüquq və daxili nəzarət sektorundan APA-nın sorğusuna verilən cavabda bildirilib ki, 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

“Səhiyyə Nazirliyinin “Qaynar xətti”nə 762 şikayət daxil olub. Nəticədə 9 nəfər barədə məsuliyyət tədbiri görülüb”, – deyə nazirlikdən bildirilib.

BIR CAVAB BURAXIN