Ukraynada 16 yaşlı qız seksual manyaka vurularaq onunla evlənib. Yelena pedofil və pozğun həyat tərzi keçirən Sergey Tkaçı ilk dəfə televizorda görüb.
Yelena çoxsaylı qətl hadisələri və zorlamalara görə həbs olunan Sergeyi tapmaq üçün 6 ilini sərf edib. Ömürlük həbs cəzası verilən manyakın Jitomirdə olduğunu öyrənincə həmin şəhərə köçüb.
Əvvəlcə həbsxanaya zəng etməyə icazə veriblər. Növbəti dəfə isə məhbus manyakla görüşə icazə verilib və onlara otaq ayrılıb. Cütlük görüşlərini davam etdirib və həbsxanada evləniblər. Onların Yelizaveta adlı qızları dünyaya gəlib. İndi onlar daha iki uşaq dünyaya gətirmək və Uzaq Şərqə gedərək yaşamaq niyyətindədirlər. Amma ömürlük həbs cəzası alan məhkumla belə bir arzunun necə gerçəkləşəcəyi naməlumdur.
Dnepropetrovsk məhkəməsi 2008-ci ilin dekabrında Sergey Tkaça ömürlük həbs cəzası kəsib. Məhkəmə onun 37 qətl və 8 zorlama törətdiyini sübuta yetirib. Manyak özü isə qurbanlarının yüzlərlə olduğunu təsdiqləyir. Virtualaz.org