“1,5 milyon kəndliyə məxsus torpaqların qiyməti 10-15 obyektin dəyəri qədərdir”

0
644

“Referendum aktında torpaq hüququna məhdudiyyətlərin qoyulması ilə bağlı müddəanın hansı zərurətlə əsaslandırılacağı maraqlı görünür”. “Zaman.az” xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert bildirib ki, hazırda Azərbaycanın topraq qanunvericiliyi xüsusi mülkiyyətdə olan torpaqlara mülkiyyət hüququnun məhdudlaşdırılmasına dair bəzi mexanizmlər var, həmin məhdudiyyətlər beynəlxalq təcrübədə də tətbiq edilir: “Məsələ, Torpaq Məcəlləsinin 73-cü maddəsinə görə, torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə və torpaq vergisi üzürlü səbəb olmadan 1 il ödənilmədikdə xüsüsi mülkiyyətdə olan torpaqlar üzərində hüquqlara xitam verilməsinin əsaslar yarana bilər. Əlavə olaraq, beynəlxalq təcrübədə kənd təsərrüfatı torpaqlarının bir əldə cəmlənməsinin qarşısını almaq üçün 1 şəxsin adına ala biləcəyi torpaq sahəsinin maksimum həddinə limit qoyulur. Bu bizdə də var və ərazi üzrə torpaq normasının 500 mislini təşkil edir. Məsələn, 1996-2000-ci illərdə həyata keçirilən islahatlarda hər hansı ərazidə adambaşına orta torpaq norması 0.2 hektar olubsa, eyni şəxsin adına həmin ərazidə 100 ha-dan artıq torpaq alına bilməz. Fərdi ev tikintisi üçün torpaq əldə olunmasına məhdudiyyətlər var. Ölkənin inizbati ərazilərindən asılı olaraq bir şəxs üçün 4 sotdan az, 12 sotdan çox torpaq alına bilməz. Amma bir mühüm mütərəqqi məhdidiyyət beynəlxalq təcrübədə var, bizdə yoxdu. Yaxınlarda Türkiyədə də bu məhdudiyyət hüquqi olaraq tətbiq ediməyə başlandı. Söhbət nədən gedir? Kənd təsərrüfatı torpaqları kiçik hissələrə (məsələn, 1 hektardan az) bölünərək satıla bilməz. Misalçün sizin 2 ha torpağınız varsa, onu tam sata bilərsininiz”.
Ekspert həmçinin qeyd edib ki, bizim hökumət sosial ədalət devizi altında torpaq hüququna məhdudiyyətlər qoymağı planlayır: “Ölkədə iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, insanlar özlərinin iqtisadi azadlıqlarını təmin edə-edə siyasi proseslərə qarışa bilsin. Bu imkan müstəsna olaraq yalnız torpaq mülkiyyətçilərinə məxsusdur. Əllərinin qabarı, alınlarını təri ilə torpaq hesabına ailələrinə çörək qazanan insanlar imkan olanda yaşadıqları ərazidə haqsızlığa baş əymirlər. Bunun ən bariz nümunəsi əyalət müxalifətçiləridi. Bir vacib detalı da deyim: Bu gün ölkənin kənd təsərrüfatına yararlı torpaqlarının çox az hissəsi – təxminən 25%-i (1.3 milyon hektar) xüsusi mülkiyyətdədir. Real bazar dəyəri ilə qiymətləndirilsə, təxminən 1.5 milyon kəndliyə məxsus bu torpaqların bazar qiyməti 3-5 oliqarxın əlində olan 10-15 sənaye və turzim obyektinin dəyəri qədərdir. Təki yanılım, mən təklif olunan dəyişiklikdən insanların iqtisadi azadlıqlarının boğulmasına qarşı istifadə olunacağından ehtuyatlanıram”.

BIR CAVAB BURAXIN