0
598

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyev halının qəfil pisləşməsindən danışıb.

O, Unikal.org-a deyib ki, tədbir zamanı böyük qardaşının ölüm xəbərini eşidib və buna görə, halı xarab olub: “Böyük qardaşım İbrahim Abıyevi itirdim. Halım pisləşdi, özümü itirdim. Hazırda mərasim yerindəyəm, özümü yaxşı hiss etmirəm”.
***

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Daşkəsənin İcra başçısı Əhəd Abıyevin halı qəfil pisləşib.

“AzPolitika” bakipost.az-a istinadən xəbər verir ki, konfransın birinci hissəsi başa çatdıqdan sonra icra başçısı zaldan çıxarkən başı gicəllənib və özünü güclə foyedəki skamyaya çatdırıb.

Ətrafdakı insanlar, media nümayəndələri ona yardım edib, təcili yardım çağırmaq istəyiblər. Lakin icra başçısı həkimə ehtiyac olmadığını bildirib, su istəyib. Hadisə şahidlərinin sözlərinə görə, Ə.Abıyevin əlləri əsirmiş. İcra başçısının tədbirdə həyəcan keçirdiyi bildirilir.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfrans keçirilir.

Hökumət ümayəndələrinin, icra başçılarının qatıldığı konfransda prezident İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.

BIR CAVAB BURAXIN