140 minə yaxım məmurun ixtisar olunacağı gözlənilir…

0
710

Hökumətdə neçə vaxtdır gözlənilən ixtisarlar İslamiada yekunlaşdıqdan dərhal sonra başlanacaq.
 Arazinfo.com-unnverdiyi xəbərə görə  bu barədə “Yeni Müsavat” hökumətə yaxın mənbəyə istinadən məlumat yayıb. Qəzetin yazdığına görə, bu, hakimiyyətin böyük bir məmur ordusu ilə yollarını ayırması deməkdir.
Bildirilir ki, əksər nazirlik və komitələr bir neçə aydır ki, ixtisarlarla əlaqədar olaraq bağlı qapılar arxasında müzakirələr aparır, hansı idarə və müəssisələrin ləğv ediləcəyi, hansılarının birləşdiriləcəyi ilə bağlı dəqiqləşdirmələr aparılır. Məlumata görə, bu gizliliyin bir neçə səbəbi var. Əsas səbəb isə ixtisarlarla bağlı narazılığın vaxtından əvvəl başlamasının qarşısını almaqdır. Hökumət ondan da ehtiyat edir ki, müxalifət də bu məsələdən hansısa formada yararlana bilər. Nazirlik və komitə kuluarlarında isə aylardır ki, bu müzakirələr gizli və ya aşkar şəkildə gedir. Rəhbərlik isə ciddi ixtisarlar xəbərlərini hələ də “medianın dedi-qodusu” kimi izah etməklə kifayətlənir.
Qəzet yazır ki, əksər nazirliklər və komitə rəhbərləri yaxın çevrələri ilə söhbətində məsuliyyəti Nazirlər Kabinetinin üzərinə qoyur, “kimlərin ixtisar olunacağını onlar müəyyən edəcəklər” deyirlər. Prosesin İslamiadadan sonra başlayacağı və dekabradək davam edəcəyi iddia olunur. Mediada da ixtisarlarla bağlı artıq ciddi xəbər başlıqları gözə dəyir. Bəzi mənbələr idarəetmə strukturlarında çalışan 140 minə yaxım məmurun ixtisar olunacağı iddia edir ki, bu da sosial gərginliyi artıra biləcək kifayət qədər ciddi rəqəmdir.
Daha sonra yazıda biildirilir: “Bu səbəbdən də hökumət 2018-ci il büdcəsində məmur korpusunu azaltmaqda qərarlı görünür. Hətta bildirilir ki, ixtisarlara uyğunlaşdırılmış büdcənin hazırlanmasına da başlanılıb. Bu, o deməkdir ki, hökumət ixtisarlarla bağlı prosesi daha ertələməyi düşünmür.
İqtidar hələ mart ayında baş nazirin müavini Əli Əhmədov vasitəsilə “ixtisarlara hazır olun” xəbərdarlığının anonsunu verərək dövlət idarəetməsi, müdafiə və sosial təminat sahəsində 287,3 min nəfər məmurun çalışdığını açıqlamışdı. Ə.Əhmədov bəyan etmişdi ki, dövlət aparatında əhəmiyyətli dəyişikliklər, zəruri, optimal həddə ixtisarların aparılması qaçılmazdır. “Bu, idarəetmə fəaliyyətinin faydalılıq əmsalını ciddi şəkildə aşağı salır”, deyə Ə.Əhmədov hökumətin əndişəsini açıq şəkildə bildirmışdı.
Krizisin yaşandığı keçmiş sovet respublikalarında “qosaparat”da ixtisar hökumətin ürəyincə deyil. Çünki bu “qalstuklu və imkanlı narazılar” təbəqəsi yaradır ki, bu da gələcəkdə iqtidara zərər verə bilər. Azərbaycanda ixtisarların miqyası haqda birmənalı danışmaq tezdir, amma ehtimal etmək olar ki, bu ixtisarların əhatə dairəsi çox geniş olacaq.
Artıq ixtisarlar və qurumların birləşdirilməsi ilə bağlı xəbərlər artmağa başlayıb. Məsələn, rəsmi təsdiqlənib ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidməti birləşdirilib. Yeni yaradılan qurum bundan sonra Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti adlanacaq.
Meliorasiya və Su Təsərrüfatı ASC, “Azərsu” ASC, “Azəravtoyol” ASC və başqa dövlət qurumlarında kütləvi ixtisarlar gözlənildiyi barədə də xəbərlər yayılıb. “Azərsu”, Meliorasiya və Su Təsərrüfatı səhmdar cəmiyyətlərinin ləğv edilməsi, onların bazasında Dövlət Su Agentliyinin yaradılması, Energetika Nazirliyinin ləğv edilməsi və funksiyalarının bir qisminin Neft Şirkətinə, digər qisminin isə İqtisadiyyat Nazirliyinə veriləcəyi də deyilir.
Struktur islahatları çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin ləğvi barədə isə ötən saylarımızda məlumat vermişdik. Xəbərdə bildirilirdi ki, KN İqtisadiyyat Nazirliyinə birləşdiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyinin tərkibində bir departament kimi fəaliyyət göstərəcəyi də gələn xəbərlər sırasındadır”.
Bakı Post

BIR CAVAB BURAXIN