
Fort Lauderdale aeroprtunda vəziyyət
ABŞ-ın Florida ştatındakı Fort Loderdeyl şəhərinin hava limanında atışma baş verib.
İlkin məlumatlara görə 5 nəfər ölüb, 9 nəfər yaralanıb, lakin bu rəqəmlər dəyişə bilər.
Hadisə hava limanının baqajlar verilən sektorunda baş verib. Atəş açanın motivləri bilinmir.
Florida senatoru Bill Nelson-nun verdiyi məlumata görə atəş açan 26 yaşlı Esteban Santiago polis tərəfindən güllə ilə vurulduqdan sonra həbs edilib.
NBC xəbər verir ki, Santiago 2016-cı ilin avqustunda Milli Qvardiyada xidmət üçün müraciət imzalayıb və Alyaskada yaşayrdı.
Onun Nyu-Cersi ştatında doğulduğu xəbər verilir.
Hadisəni FTB əməkdaşları araşdırılar.
Brovard nahiyəsinin polis rəisi Chip LaMarca Facebook səhifəsində yazır ki, Santiago Fort Loderdeyl aeroportuna Kanada reysi ilə gəlib.
O öz baqajını aldıqdan sonra həmin baqajdan silah çıxarıb və ayaqyoluna gedərək silahını güllə ilə doldurub.
Business İnsider saytı yazır ki, şahidlərdən biri CBC-yə atəş açanın adamları “edamsayağı” güllələdiyini deyib.
Şahidlər deyirlər ki, o bütün güllələrini atıb qurtardıqdan sonra silahı yerə tullayıb və həbs olunmaq üçün qollarını yana açaraq üzü üstə uzanıb.