0
690

Yeni vergi dəyişkiliyi: xırda bizneslə məşğul olanlar nə qədər ödəyəcək?

təmirçi
Image captionYanvarın birindən bir sıra xırda bizneslə məşğul olanlar vergiyə cəlb olunacaq

 

2017-ci il yanvarın 1-dən Azərbaycanda vergi məcəlləsində yeni dəyişikliklər qüvvəyə minib. Bu o deməkdir ki, bir sıra xırda bizneslə məşğul olanlar- yəni toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət, çəkməçi, pinəçi, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçilər, nəqqaşlıq emalatxanalarında çalışanlar da vergiyə cəlb ediləcək.

BBC Azərbaycancaya danışan yuxarıda göstərilmiş peşə sahiblərindən bir neçəsi dəyişikliyə etiraz etməsə də, digərləri ödəniləcək vergi məbləğindən razı deyil.

çəkməçi
Image captionVergi məbləği peşə sahiblərinin fəaliyyət göstərdiyi rayona görə dəyişir

Kim nə qədər ödəyəcək?

Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliyə görə, xırda biznes sahibləri yeni ildən sadələşdirilmiş vergini sabit məbləğdə ödəyəcək.

Bu məbləğ müxtəlif peşə sahibləri üçün fərqlidir.

  • Toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət – 30AZN
  • Fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət – 30 AZN
  • Çəkməçi, pinəçi – 5 AZN
  • Saat, televizor, soyuducu və digər məişət cihazlarının təmirçisi – 10 AZN
  • Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və digər analoji işlərlə məşğul olanlar – 10 AZN
  • Nəqqaşlıq emalatxanalarının fəaliyyəti ilə məşğul olanlar – 20 AZN

Məcəlləyə görə, nəzərdə tutulan fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği əmsallar tətbiq edilməklə müəyyən edilir. Yəni peşə sahibi fəaliyyətini Bakıda qurubsa onun ödəyəcəyi əmsal 2-dir. Bu o deməkdir ki, o aya yuxarıda göstərilmiş məbləğin 2 qatını verməlidir.

Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində əmsal 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri, Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində əmsal 1, digər rayon və qəsəbələrdə isə əmsal 0, 5 olacaq. Bu o deməkdir ki, məsələn Bakıda fəaliyyət göstərən toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq edənlər aylıq gəlirlərindən asılı olamayaraq hər ay 60 AZN vergi ödəməlidir. Eyni peşə sahibləri Sumqayıt və Xırdalan şəhərlərində fəaliyyət göstərirsə, ödənişin məbləği 45 AZN, Abşeron rayonunun qəsəbə və kəndləri , Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində fəaliyyət göstəririsə 30 AZN, digər rayon və qəsəbələrdə çalışırsa 15 AZN vergi ödəməlidir.

BIR CAVAB BURAXIN