Xidmətin 13 saylə Cəzaçəkmə Müəssisəsinə xüsusi təyinatlılar yeridilib. Bu barədə Penitensiar Xidmətdəki mənbə məlumat verib. Məlumata görə, 2 gün əvvəl müəssisəyə daxil olan xüsusi təyinatlılar mıəhbuslara qarşı fiziki zorakılığa əl atıblar. Məhbuslarda Füzuli Rayon sakini Elvin Mahmudov və Cəlilabad rayon sakini Emin Əlizadə ağır bədən xəsarətləri alıb. Dəhşətli işgəncəyə məruz qalan hər iki məhkum müəssisədən çıxarılaraq, “Tubzon” (“vərəm zonası” mənası verir – red.) adlandırılan “işgəncə kalonu”na göndəriliblər. Qeyd edək ki, ölkənin bütün müəssisələrində “islah olunmayan” məhkumlar “Tubzona” göndərilir və orada amansız işgəncələrlə üzləşirlər.
Məlumatda qeyd olunur ki, hər iki məhkum orada ac-susuz saxlanılır, gündə iki dəfə döyülür.
Xəbəri dəqiqləşdirmək üçün Penitensiar Xidmətin mətbuat xidmətinin rəisi Mehman Sadıqovla əlaqə saxladıq. O, müəssisəyə qoşun yeridilməsini təkzib etsə də adıçəkilən məhkumlarla bağlı bizə məlumat verəcəyini dedi.
Xatırladaq ki, 13 saylı cəzaçəkmə məsissəsində vicdan məhbuslarından Əbdül Əbilov və İlkin Rüstəmzadə saxlanılır. (Gununsesi.info)