Zibil bilib atdığımız yumurta qabığının 8 faydası

0
895

Zibil bilib atdığımız yumurta qabığının 8 faydası

 

 

 

 

 

 

 

 

 

 

 

Axşam.az xarici KİV-ə istinadən yumurta qabığının faydası ilə sizləri tanış edir:

İlk öncə qeyd edək ki, yumurtanın qabığında ümumilikdə 27 faydalı element var ki, onlara sink, kalsium, kalium, maqnezium, dəmir və digərlərini misal göstərmək olar.

1. Osteoporoz (sümük əriməsi) – Xüsusilə yaşın artması ilə ortaya çıxa biləcək bu bəladan qurtulmaq yumurta qabığı çox faydalıdır. Bunun üçün yumurtaları suda qaynadın. Daha sonra qabıqları içindəki pərdədən ayırın və mətbəx robotunda üyüdün. Təzə sıxılmış meyvə suyu və ya süd ilə gündə 1 çay qaşığı qəbul edib.

2. Klimaks dövründə – qadınların sümüklərini möhkəmləndirir. Bunun üçün 50 limonun suyunu sıxın. 10 yumurtanı bu suyun içərisində, sərin bir şəraitdə 10 gün müddətində saxlayın. 10 gün sonra qabıqların ərimiş olduğunu görəcəksiniz. Sarıları atın, ağları limon suyu ilə qatın. Bu qarışımın içərisinə kəklik otu, çörək otu və bal əlavə edin. Gündə bir fincan için. Bu həm də bədənin dözümlüyünü artırır.

3. Dəri rəngini açır – yumurtanın qabığını əzin. 2 çay qaşığı yumurta qabığı, 2 yemək qaşığı yumurta ağı, 2 çay qaşığı yoqurt, 4 damla limon suyunu qarışdıraraq dəriyə sürtün. 15 dəqiqə saxlayıb, ilıq su ilə yuyun. Bu maskanın köməyi ilə dəri yenilənir, rəng pozğunluqları aradan qalxır.

Yumurta qabığının başqa faydaları bunlardır:

4. Kalsium ehtiyacını ödəyir.

5. Dırnaq və saçları möhkəmlndirir.

6. Diş əti qanamalarını azaldır.

7. Qəbzliyi aradan qaldırır.

8. Yuxusuzluğun dərmanıdır.

BIR CAVAB BURAXIN