Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer Hələbdə atəşkəsin dayandırılması ilə bağlı danışıqların bərpa edilməsinin vacibliyini vurğulayıb. “Yeniavaz.com”un İzvestiya.ru-ya istinadən verdiyi məlumata görə, Ştaynmayer Hələbdə atəşkəsin əldə edilməsi barədə ABŞ-la Rusiya arasında əlavə məsələhətləşmələrə ehtiyac olduğunu vurğulayıb. Ştaynmayerin fikrincə, hərbi əməliyyatların dayandırılması bölgədə atəşkəs rejiminin bərpa edilməsinə yol açmalıdır. Bu da öz növbəsində Hələbə humanitar dəhlizin açılmasına yardım edə biləcək.