“Trampın seçkilərdə qalib gəlməsində Rusiya məqsədi…” – MKİ

0
670

11

Donald Trampın ABŞ prezidenti seçkilərində qalib gəlməsi Rusiyanın məqsədi olub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin məxfi hesabatına istinad məlumat yayıb.

Ötən həftə MKİ qapalı brifinqin gedişində öz hesabatını ABŞ Konqresinin senatorları ilə bölüşüb. Kəşfiyyat İdarəsi hesab edir ki, Trampın prezident seçilməsi Rusiyanın məqsədi olub.

Ağ Evin mətbuat katibinin müavini Erik Şults bildirib ki, ölkə başçısı Barak Obama prezident seçkiləri dövründə ABŞ-a edilən kiberhücumların araşdırılmasına göstəriş verib.

Şutls qeyd edib ki, araşdırmalar səsvermənin nəticəsini şübhə altına qoymaq cəhdi daşımır.

BIR CAVAB BURAXIN